12:05 09.01.2021 198

Ayxan Abbasov: "Yaxın günlərdə yeni transferlər gözlənilir"

Hazırda təlim-məşq toplanışını davam etdirən "Sumqayıt” futbol komandasının baş məşqçisi Ayxan Abbasov hazırlıq prosesi barəsində klubun rəsmi saytına müsahibə verib.
 
Fanat.Az həmin müsahibəni təqdim edir...

- Premyer Liqanın 2020/2021 mövsümünün arxada qalan ilk yarısını necə dəyərləndirərdiniz?
- Lap əvvəldən başlasaq, deyə bilərik ki, mövsümün əvvəlində bir neçə əsas futbolçumuzla yollarımız ayrılmış oldu. 2020/2021 mövsümünün startı ilə yanaşı bizi Avropa Liqasında da çətin debütün gözlədiyini bilirdik. Vaxt azlığına baxmayaraq, ilk öncə əksər futbolçularımızla müqavilələri yenilədik və bir neçə yeni futbolçu heyətimizə qatmaqla Qəbələ şəhərinə təlim-məşq toplanışına yollandıq. Mövsümöncəsi hazırlıq mərhələsi ərzində çətinlik çəksək də, qayıtdıqdan sonra yeni transferlər də daxil olmaqla heyəti komplekləşdirə bildik. Premyer Liqanın debüt matçında "Keşlə”yə minimal hesabla məğlub olduq, ardınca şəhərin və klubun tarixində ən vacib oyunlardan birini keçirdik. Əslində Avropa Liqasında püşk də üzümüzə gülməmişdi. Olduqca çətin komandaya rəqib olduq. Buna baxmayaraq, Şimali Makedoniyanın "Şkendiya” klubu ilə oyunda komanda pis təsir bağışlamadı. Lakin sonda təcrübə öz sözünü dedi, nəticədə məğlub olaraq mübarizəni dayandırdıq. Zaman keçdikcə gördük ki, çox güclü bir rəqibə qarşı mübarizə aparmışıq. "Şkendiya” bizdən sonra bir mərhələ də keçib, İngiltərənin "Tottenhem” klubuna qarşı oyunda məğlub olaraq mübarizəni dayandırdı. Həmin komanda hazırda Şimali Makedoniya çempionatının lideridir. Mövsümün ilk iki oyunda məğlub olmağımıza baxmayaraq, komandadakı irəliləyişi görürdüm. Daha sonra ardıcıl qələbələr qazanmaqla uğurlu qrafik yaxaladıq. İlk dövrəni lider kimi tamamlamağımız formada olmağımızın və düzgün çalışmağımızın bariz nümunəsi idi. Çempionatın gedişində də deyirdim ki, bu tempdə davam etməyimiz üçün heyətimizin geniş olması şərtdir. Belə bir vəziyyətdə gözlənilməz zədə hər şeyi "darmadağın” edə bilərdi ki, bu da baş verdi. Ən yaxşı formada olduğumuz dövrdə birdən-birə iki mövqedə əsas futbolçularımızı itirdik. Süleyman Əhmədovun U-21 millisinin heyətində zədələnməsi və ilk dövrədə 6 qol vurmuş hücumçumuz Əli Qurbaninin zədələnərək iki aylığa sıradan çıxması oyunumuza təsirini göstərdi. Nə qədər alternativ variant fikirləşsək də, zədələr oyun sistemimizi sıradan çıxardı. Digər məsələ isə son üç qarşılaşması ərəfəsində məlum COVID-19 infeksiyasının təsiri idi. Təsəvvür edin, XI turda "Qəbələ” ilə matça hazırlaşırsan, bir gün öncə oteldə olduğun müddətdə oyun təxirə salınır və qarşılaşma iki gün sonraya keçirilir. İki gün sonra həmin oyundan əvvəl bir neçə futbolçun xəstələnir və heyəti qurmaqda çətinlik çəkirsən. Daha sonra komandanın böyük hissəsinin virusa yoluxması və iki həftəlik məlum təxirəsalmadan sonra iki oyuna çıxmaq bizim üçün olduqca çətin idi. Ağır xəstəlikdən sonra iki həftə məşqsiz qalan futbolçularım "Zirə” ilə qarşılaşmada güc tapıb mübarizə apardı, lakin son oyunda "Sabah”la qarşılaşmada gücümüz tam tükənmişdi. Təbii ki, bunlar itirdiyimiz xalların bəhanəsi ola bilməz. Ümumi götürsək, futbolçularım qış fasiləsinə qədər özlərini hər tərəfdən yaxşı göstərə bildilər.

- Qış fasiləsinə qədər qarşınıza qoyduğunuz məqsədlərə çata bildinizmi?
- Qış fasiləsinə qədər lider kimi tamamladığımız birinci dövrədən sonra ikinci yarıda uğursuz oyunlar keçirməyimizə baxmayaraq, işimizin öhdəsindən gəldiyimizi düşünürəm. Hazırda 4-cü pillədə qərarlaşmışıq və 3-cü pillədən 4 xal geridəyik. Ümumən götürsək, yarımillik dövr ərzində işimizin bəhrəsini gördüyümüzü düşünürəm. Bu müddət ərzində "A” milli komandamıza "Sumqayıt” FK-dan 6 futbolçu dəvət olundu ki, bu da bizi sevindirməyə bilməzdi. Arxada qalan dönəmdə gənc futbolçuların yetişməsinə çalışdıq və buna qismən nail olduq. Premyer Liqada 13 tur ərzində ümumilikdə 7 limit futbolçunun xidmətindən istifadə etdik. Elə qarşılaşmalar oldu ki, start heyətimizdə 3 limit futbolçu yer aldı. Daim gənc futbolçuların inkişafı üçün çalışan "Sumqayıt” FK bu işi yenə də davam etdirəcək. Arxada qalan 6 ay ərzində akademiyamızdan mütəmadi olaraq gənc futbolçuları məşqlərimizə dəvət edirdik. Nəticədə bu müddət ərzində 3 yeni gənc futbolçumuzla peşəkar müqavilə imzalamış olduq.

- Hazırda davam edən qış təlim-məşq toplanışı barəsində məlumat verməyinizi xahiş edərdik...
- Yanvarın 4-dən Premyer Liqanın ikinci mərhələsi üçün məşqlərə başlamış olduq. Sumqayıtda "Kapital Bank Arena”da baş tutan ilk mərhələdə daha çox fiziki hazırlıq üzrə çalışdıq. 4 günlük proqramın ardından isə dünəndən başlayaraq Mərdəkanda yerləşən "Milli komandaların məşq mərkəzi”ndə təlim-məşq toplanışına start verdik. Ölkə xaricində olan futbolçularımız da artıq ailələrinin yanından qayıdıblar və dünəndən etibarən tam heyətlə hazırlığımız davam edir. Ayın 14-dək davam edəcək toplanış ərzində iki yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Belə ki, yanvarın 10-da "Dalğa Arena”da "Zirə”, 14-də isə doğma meydanımızda "Qəbələ” ilə qarşılaşacağıq. Pandemiya ilə əlaqədar fərqli bir proqram üzərində çalışmış oluruq. Vaxt azlığına baxmayaraq, maksimum hazırlıq keçmək istəyirik. Açığı, bizi fasilədən sonra rəqabət və daha çətin oyunlar gözləyir.

- Yeni futbolçuların heyətə cəlb olunması gözlənilirmi?
- Yeni futbolçulara ehtiyacımız olduğunu bilirik. Hazırda bunun üzərində işlər gedir. İlk gələn futbolçu cinah müdafiəçisi Cabir Əmirli oldu. Onu mövsümün sonuna kimi "Neftçi”dən icarəyə götürmüşük. Hazırda danışıq apardığımız bir neçə futbolçu da var. Danışıqlar müsbət nəticələnsə yaxın günlərdə yeni transferlərimiz olacaq. İlk növbədə hər mövqedə sağlam rəqabət görmək istəyəm. Fasilədən sonra bizi çətin təqvim gözləyir. İstədiklərimizi edə bilsək, inanıram ki, qışdan sonra tamam başqa "Sumqayıt” görə bilərik.

- Mövsümün qalan hissəsi üçün gözləntiləriniz nədir?
- Məlumdur ki, bu il qış toplanışı digər illərdən fərqli oldu. Öncəki illərdə Antalyada xarici klublara qarşı yoxlama oyunları oynamaqla komandanı pillə-pillə formaya salırdıq. Bu dəfə isə həm vaxtımız azdır, həm də komanda ağır xəstəlikdən çıxıb. İki həftəlik təlim-məşq toplanışı ərzində komandanı maksimum formada hazır vəziyyətə gətirmək istəyirik. Həmişəki kimi, futbolçularıma inamım sonsuzdur. Bütün gücümüzü ortaya qoyub yenidən Avropa Liqasına vəsiqə qazanmaq istəyirik. Buna imkanımız da var. Əsas məqsədlərimizdən biri həmişəki kimi yenə gəncləri üzə çıxarmaq və ölkə futboluna yeni adlar qazandırmaq olacaq. Mövsümün əvvəlindən qarşıya qoyduğumuz hədəf çempionatda mübariz, əzmkar bir komanda formalaşdırmaq idi. Şükürlər olsun ki, buna nail olmuşuq. Daha bir önəmli hədəfimiz isə milli komandalara verdiyimiz futbolçu sayının çox olmasıdır. "A” millinin, U-21-in son toplanışlarına çağırılan futbolçuların performansı bizi sevindirdi. Millinin məşqçiləri ilə də daim ünsiyyətdəyik. Ümidvarıq ki, "Sumqayıt”dan milli komandalara gedən futbolçu sayı növbəti toplanışlarda daha çox olacaq.
 
Fanat.Az
Oxşar xəbərlər

Xəbər lenti

25 Fevral 2021
00:08

ÇL: "Real" və "Mançester Siti"nin səfər sınağı - YENİLƏNİR

24 Fevral 2021
22:10

"Neftçi" və "Zirə" oyuna itkilərlə çıxacaq

22:00

Azərbaycan Premyer Liqasının qarşılaşmaları yeni toplarla oynanılacaq

21:50

Azərbaycan Premyer Liqasında XVII turun hakimləri açıqlandı

18:30

Tarixi simulyasiya: Daşı öz başına vurdu, yerdə süründü, hakimi inandıra bilmədi - VİDEO

18:22

Lider Tovuzda xal itirdi

17:07

Mingəçevirdə idman zalının icarədarı həbs edildi - FOTO

16:20

Millimizin yarımmüdafiəçisi Super Liqa klubuyla razılığa gəldi

15:58

"Qarabağ"ın sabiq məşqçisi Superliqa klubunu çalışdıracaq

15:11

De Byazi Rəşad Sadıqovu niyə ziyarət etdi? - FOTO

15:05

"Məktəblərin meydançalarını söküb, yerində bina tikirlər" - Aqil Abbas

14:10

Məşhur futbolçudan qaradərililərlə bağlı ŞOK AÇIQLAMA

13:59

"Çelsi"nin transfer büdcəsi açıqlandı - Fantastik məbləğ

13:19

Ronaldu bu komandaya keçir - "Yuventus"dan ayrılır

12:25

Karyerasını bitirən məşhur xanım idmançı elə işə başladı ki... - FOTOLAR

12:07

Millimizin baş məşqçisi: "Axsadığımız” məqamlar üzərində işləyəcəyik”

11:33

Son 33 ilin ən yaxşı qapıçıları - SİYAHI

10:52

Premyer Liqamızın oyunları təxirə salınacaq?

10:32

Rumın baş məşqçi türk klubundan ayrıldı

10:12

Ronaldudan maraqlı addım: Pişiyini tətilə göndərdi

09:53

PFL Azərbaycan çempionatının 3 oyununu təxirə saldı

09:42

Sumqayıtda onlayn şahmat çempionatı keçirilib

09:15

"Atletiko"nun məğlubiyyəti - VİDEO

09:09

"Bavariya" "Latsio"ya belə qalib gəldi - VİDEO

01:53

ÇL: "Atletiko" uduzdu, "Bavariya" cavab matçını formallığa çevirdi

00:22

"Atalanta"nın yarımmüdafiəçisi dünyasını dəyişdi

23 Fevral 2021
23:03

PSJ buna görə 700 min avro cərimələndi

22:00

Azərbaycan yığması ilk qələbəsini sonda qazandı

19:13

UEFA Avropa çempionatlarını ləğv etdi

18:52

"Qarabağ" Zaqatalada uduzdu

18:05

Klub sahibinin 1 milyard manatlıq yaxtası - FOTOLAR

17:50

Əsrin ən çox çempion olan komandası hansıdır?

17:18

Zubirdən “100” açıqlaması

16:55

PFL rəsmisi Banişevskidən danışdı: “Gözəl yumor hissi var idi”

16:36

Millimizin oyununa hakim təyinatı

16:11

Banişevskinin nəvələrinin köməyə ehtiyacı var

15:44

"Neftçi"nin ağ-qara forması... - Tahir Süleymanov yazır

15:23

Rusiya yığması Avropa və Dünya Kubokuna Bakıda hazırlaşır

14:43

“Futbol və futbol klubları ancaq Bakıdan ibarətdir?” - Millət vəkili

14:28

AFFA Banişevskinin məzarını ziyarət etdi

14:09

"Turan Tovuz” – "Kəpəz” oyununun saatı açıqlandı

13:40

"Qarabağ"ın 3 futbolçusu "Səbail"lə matçı buraxacaq

13:21

Federasiya rəhbərliyi Sumqayıtda görüş keçirdi

13:05

Azərbaycan çempionatında forma və topdaşıyanlara görə cərimə kəsildi

12:56

AFFA "Qəbələ"nin baş məşqçisini cəzalandırdı

12:50

"Qarabağ" 3 min manat cərimələndi

12:44

Bu xanım klub rəsmisi təyin edildi, müzakirələr başladı - FOTOLAR

12:31

Günün oyunları bu kanallarda - AFİŞA

12:14

"Qarabağ" - "Qəbələ" matçının vaxtı açıqlandı

11:50

"Biz məğlub düşüncələri rədd etməyə çalışmalıyıq" - Canni De Byazi

11:34

Anatoli Banişevskinin 75 yaşı tamam olur

11:13

Azərbaycanlı futbolçu Gürcüstan klubunda

10:54

On iki “nəhəng adam”dan biri - “Fənərbaxça”nın bakılı ulduzu

10:40

Azərbaycan şahmatçıları Avropa Kubokunda çıxış edəcək

09:47

Qızlar millimizin növbəti sınağı

09:29

Azərbaycanda klub vitse-prezidenti dünyasını dəyişdi

09:00

Gözəl voleybolçu "Instagram"ı belə "partladır" - FOTOLAR

03:33

Ronaldunun qol vurmadığı komanda qalmadı

02:08

İPL: Qanaqlardan əzmkar zəfər

01:45

La Liqa: "Sevilya"dan inamlı qələbə

01:40

A Seriyası: Ronaldu coşdu, "Yuventus" darmadağınla qazandı

00:28

"Zirə" braziliyalı hücumçudan bəd xəbər aldı - SON DURUM

22 Fevral 2021
23:35

Premyer Liqamızın matçları 1 dəqiqəlik sükutla başlayacaq

22:44

Kamran Əliyev gec lazım oldu, komandasını...

21:30

"Neftçi"nin yetirməsi Latviya klubuna keçdi

20:46

Azarkeşin oynaması üçün 153 çin avro ödədiyi futbolçu antiqəhrəmana çevirildi

18:52

Volkov "Zirə"də 10-a çatdı

18:35

Gənc ulduz İngiltərə yığmasından imtina etdi, Almaniyanı seçdi

18:19

A Seriyası klubu baş məşqçisini qovdu

17:58

21 yaşında klubun tarixinə düşdü

Facebookdan bizi izləməyi unutmayın.