Misli Premyer Liqasının 5-ci turunda "Sumqayıt"ın qonağı olacaq "Şamaxı"nın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Yusif Hüseynli məlumat verib:
"Ötən mövsümün sonunda ağır zədə alan və noyabrda qayıdacağı gözlənilən braziliyalı mərkəz müdafiəçisi David Santosu nəzərə almasaq, başqa itki yoxdur. Komanda "Sumqayıt"la oyuna tam heyətlə hazırlaşır".
Qeyd edək ki, "Sumqayıt" - "Şamaxı" qarşılaşması sentyabrın 12-də keçiriləcək. "SOCAR Polymer Arena"da baş tutacaq matçın start fiti 19:45-də səsləndiriləcək. Hazırda 5 xalı olan Şamaxı təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıbsa, xal qazana bilməyən "kimyaçılar" sonuncu - 12-ci yerdədir.
Nihat