Azər Məmmədov bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

Azər Məmmədov bu futbolçunu "Qəbələ"yə qarşı oynada bilməyəcək

Misli Premyer Liqasının 4-cü turunda Qəbələ" ilə qarşılaşacaq "Kəpəz" oyuna bir itki ilə çıxacaq.

Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, qərb təmsilçisi çempionla səfər matçında Dioqo Verdaskanın xidmətindən yararlana bilməyəcək.

Kapitanı ötən gün məşqdə zədələnib. Tibbi müayinənin nəticəsinə görə, portuqaliyalı müdafiəçi həftəsonu baş tutacaq matçda oynamayacaq. 

Qeyd edək ki, "Kəpəz" - "Qəbələ" görüşü sentyabrın 12-də reallaşacaq. Gəncə şəhər stadionunda keçiriləcək matçın start fiti 17:30-da səsləndiriləcək. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər