"Qarabağ"ın futbolçusu Kadi Borges yaxın günlərdə Polşa millisinə cəlb olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Polşa əsilli braziliyalı yarımmüdafiəçi Fanat.Az-a açıqlamasında bunları deyib:
"Məsələnin nə yerdə olmasından xəbərsizəm. Ümumiyyətlə, proses hansı mərhələdədir, onunla bağlı bir şey deyə bilmərəm. Çünki son vaxt mənimlə əlaqə saxlayan olmayıb. Əvvəl açıqladığım kimi, başlanğıc mərhələdə mənimlə əlaqə saxlamışdılar, o vaxtdan federasiya rəsmilərindən mənimlə danışan olmayıb. Sözün açığı, indiki vəziyyətdə bu haqda heç düşünmürəm də. Hazırda bütün fikrim "Qarabağ"la bağlıdır. Polşa millisində çıxış edəcəyimlə bağlı məsələ indi gündəmdə deyil".
Qeyd edək ki, tam adı Kadi Borges Malinovskiolan Kadi bundan əvvəl Polşa Futbol Federasiyası ilə bu haqda söhbətinin olduğunu təsdiqləmişdi.
Mirağa