Futbol üzrə Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində İsveçə qarşı keçirəcəyi səfər oyununun stadionu bəlli olub.
Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş martın 27-də, Solna şəhərindəki “Friends Arena”da reallaşacaq.
Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin F qrupunda yer alan Azərbaycan millisi ilk oyununu martın 24-də Avstriya ilə səfərdə keçirəcək. Canni de Byazinin yetirmələrinin bu qrupdakı digər rəqibləri Belçika və Estoniya olacaq.