Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunlarının təyinatları bəlli olub.
Fanat.Az xəbər verir ki, “Qarabağ” – “Qəbələ” görüşünü FIFA referisi Əliyar Ağayev, “Zirə” – “Neftçi” matçını isə Rəvan Həmzəzadə idarə edəcək.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
8 dekabr
18:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Kamal Umudlu
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: Anar Salmanov
Zirə İK stadionu
20:30. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Babək Quliyev
“Azersun Arena”
9 dekabr
14:00. “Kəpəz” – “Turan Tovuz”
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
Gəncə şəhər stadionu
17:00. “Səbail” – “Sabah”
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
“ASCO Arena”