Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində bu gün “Zirə” ilə qarşılaşan “Neftçi” Zirədə ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, paytaxt klubunun yarımmüdafiəçisi Eddi İsrafilov yenidən zədə alıb.
Rəqib futbolçu İlkin Muradovla mübarizə zamanı ayağından zədə alan milli komandamızın üzvü oyunu davam etdirə bilməyib. Bu üzdən də o, meydanı 51-ci dəqiqədə xərəkdə tərk edib.
Eddinin əvəzində 53-cü dəqiqədə İsmayıl Zülfüqarlı meydana çıxıb.
Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən bu matçda "Neftçi" rəqibinə 0:1 hesabıyla məğlub olur.