12:53 09.12.2022 2199

"Qarabağ"a rahatlıq yoxdur  - "Neftçi" yalan olub, "Sabah" gerçək!

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Uzun fasilədən sonra 8 deyil, 10 komandanın iştirakı ilə keçirilən futbol üzrə Azərbaycan çempionatında - Misli Premyer Liqasında qış fasiləsi yaxınlaşır. Əlbəttə, yazda elit birinciliyin turnir cədvəlində vəziyyətin necə olacağını indidən proqnozlaşdırmaq çətin məsələdir. Lakin geridə qalan bölümə və mövcud reallığa əsasən müəyyən fikirlər səsləndirmək olar. Çempionatdan danışırıqsa, dərhal çempionluq uğrunda mübarizə yada düşür. Hazırki durumda ilk pillədə "Qarabağ" yer alsa da, ağdamlıların ən yaxın izləyicisi "Sabah" yetərincə təhlükəli təqibçidir. Cari mövsüm "qızıl"a layiq çıxışla diqqət çəkməyən "Neftçi"nin də ümidləri tükənməyib. Hələ digərlərinin də finişə hamıdan tez çatmaq üçün nəzəri şansları var.

Daha "bürünc" ortabab üçün deyil

Razılaşaq ki, son illərdə yalnız "Qarabağ" - "Neftçi" mübarizəsinə şahidlik etmişik. Ümumi baxsaq, 2012-ci ildən sonrakı dönəm ağdamlıların "şahlıq erası" sayılır. Lakin ümumi üstünlük Qurban Qurbanovun komandasında olsa belə, bakılılar ara-sıra futbol ictimaiyyətinə "mən də varam" mesajı göndərə, hətta 2021-ci ildə çempion da ola bilib. 

Çempionluğa üçüncü real iddiaçının yoxluğu "Qəbələ"nin büdcəsi azalandan bəri daha çox sezilib ki, məhz bu məqam da inkişaf üçün ən vacib amil olan rəqabətin azalmasını şərtləndirib. Məsələn, kifayət qədər uzun zaman dilimində ortabablar üçün "bürünc" və 4-cü yeri tutaraq avrokuboklarda iştirak etmək asan hədəfə çevrilib. Uzağa getmədən, ötən mövsüm uyğun olaraq 3-4 cü pillələrdə qərarlaşan "Zirə" və "Qəbələ"nin UEFA Konfrans Liqasındakı nəticələrini və qitəmiqyaslı turnirə hansı büdcə ilə qatıldıqlarını xatırlamaq yetər. 

Təbii, "qartallar"la "qırmızı-qaralar"ın KL-də heç nə ilə yadda qalmamalarının oxşar və fərqli səbəbləri var. Həmin detalları yenidən incələmək ayrıca yazı mövzusudur. Amma çempionatımızdan avokuboklara daha perspektivli kollektivlərin qatılması ümumi istəyimizdir. Yəni bu gün "Zirə" və ya "Qəbələ" 3-cü pilləyə gerçək iddiaçı sayılmaq üçün indikindən azı 20 faiz yaxşı olmaq məcburiyyətindədirlər. Əks-halda, liderlər qrupundakı "üçlüy"ə - "Qarabağ", "Sabah" və "Neftçi"yə yaxınlaşmaq, medal xəyalları qurmaq mümkün olmayacaq. Göründüyü kimi, "Sabah"ın cari "futbol ili"ndə gözləniləndən yaxşı performans sərgiləməsi inkişaf baxımından hava və su qədər önəmli olan rəqabət yaradıb. 

"Köhlən atlar"a rahatlıq yoxdur 

2021-ci ilin mayında çempionluğu həlledici qarşılaşmada 0:1 hesabı ilə uduzduğu "Neftçi"yə güzəştə gedən "köhlən atlar" 2022-də ciddi çətinlik çəkmədən 9-cu çempionluğuna qovuşdu və "xalq komandası" ilə ümumi titul sayını bərabərləşdirdi. Hər dəfə olduğu kimi, həm Avropada, həm də daxili turnirlərdə sözünü deməyə çalışan Ağdam təmsilçisinin məşqçi və futbolçu heyəti bu mövsüm Misli Premyer Liqasında işin daha çətin olduğunun fərqindədir. Düzdür, "Qarabağ" əsas gücünü Avropa macərasına yönəltdiyi üçün yerli birinciliyin və Azərbaycan Kubokunun geridə qalan əksər qarşılaşmalarına eksperimental heyətlə çıxıb. Lakin bu, düzgün rotasiyalar fonunda müxtəlif cəbhələrdə uğurlu olmağı hədəfləyən baş məşqçi - Qurban Qurbanov adına başadüşülən haldır. Çempionlar Liqasında başlayıb Konfrans Liqasının pley-offuna qədər gələn "Qarabağ"ın bütün futbolçularında müəyyən yorğunluq müşahidə edilir. Bəlli, Qurbanov özü də bunun fərqindədir və hərdən bərpaya ehtiyac olduğuna eyham vurur. Lakin Ağdam komandasının yanvara qədər MPL və kubok oyunlarında rahat nəfəs almaq imkanı yoxdur. Çempion titulunu qorumağı qarşısına məqsəd qoyan "köhlən atlar"a bu mövsüm şəxsi qarşılaşmalarda  böyük (4:3, 0:0) çətinlik yaradan "Sabah"ın fərasəti göz önündədir. 4:3 hesablı qələbənin reallaşdığı duelin necə alındığını, "Azesun Arena"da 43-cü dəqiqədən azlıqda oynayan qonaqların parlaq çıxşını, matçın ardından hakim xətalarının əsas müzakirə mövzusuna çevrildiyini də xatırlasaq, o görüşün azı heç-heçə ilə yekunlaşmalı olduğunu təsdiqləyərik. Başqa sözlə, Murad Musayevin "drujina"sının effektli müqaviməti ilə üz-üzə qalan son çempion indi əsas diqqətini "Neftçi"yə yox, "Sabah"a yönəltməyə məhkumdur. 

"Neftçi" onunla bacarmır

Turnir cədvəlində "Neftçi"dən öncə olan "Sabah"ın Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektivi qabaqlamasında qeyri adi nəsə axtarmağa dəyməz. Masazır komandası ölkənin ən yaşlı təmsilçisini həm 1-ci, həm də 2-ci dövrədə məğlubiyyətə uğradıbsa (2:1, 3:2), əlavə şərhə əlyeri qalmır. Üz-üzə gəldikləri matçlarda oyun planında da "Neftçi"ni üstələyən Musayevin yetirmələri cəmi 1 dəfə uduzduğu halda, "xalq komandası" 4 yenilgi acısı yaşayıb. Doğrudur, hücumda effektivlik sarıdan "ağ-qaralar" ilə "Sabah"ın bumövsümkü statistikası arasında böyük fərq sezilmir. Regekampfın "tağım"ı 31 dəfə rəqib qapılarına yol tapıbsa, masazırlılar çempionatda 32 qol vurub. 10 qələbə, 2 heç-heçə, 4 yenilgi fonunda 19 dəfə topu tordan çıxardan "Neftçi"nin müdafiə xətti "Sabah"ınkı qədər inamlı təsir bağışlamır. Bir sözlə, MPL-də "Qarabağ"dan sonra (8 qol) ən az - 11 top buraxan kollektivin ikinci pilləni haqq etdiyi şübhə belə, doğurmur. Faktdır ki, cari mövsüm flaqman çempionatın yeni iddialısı ilə bacarmır. Maraqlıdır ki, tərəflərin 3-cü dueli komandalar qış fasiləsindən qayıdandan sonra baş tutacaq ilk tura - yanvarın 26-na təsadüf edəcək. Bu görüşün nəticəsindən asılı olaraq "Neftçi" çempionluq mübarizəsinə qayıda və ya bir qədər obrazlı ifadə etməyə çalışsaq, ağ bayraq qaldıra bilər.

İlk çempionluq gəlməsə belə...

Müasir futbolda maddi dayaqların klub üçün nə dərəcədə vacib olduğu məlum həqiqətdir. Amma büdcə problemi olmayan komanadalrın da arzulanan səviyyəyə çatması asan missiya deyil. "Sabah"ın "artıraraq" indiki duruma gəlməsi hər şeydən öncə baş məşqçi amili ilə izah olunmalıdır. Gənc yaşlarından Rusiya Premyer Liqasında təcrübə qazanan, iş görə bildiyini hələ "Krasnodar"ın "sükanı arxası"nda isbatlayan Murad Musayev iki mövsümdür ki, Azərbaycandadır. Əcnəbi çalışdırıcı ötən mövsüm Masazır təmsilçisini avrokuboklara daşımasa da, hiss olunur ki, işinə ciddi yanaşıb və yerli futbolun özəllikləri ilə ən yaxşı şəkildə tanış olub. Yerli və gəlmələrin vəhdətindən qurduğu kollektivə öz futbol fəlsəfəsini inamla aşılayan özbək əsilli rusiyalı artıq rəhbərlik etdiyi kollektivdə əsl boss imici formalaşdırıb. 

Klubdakı əsas söz sahiblərinin mətbuatda gec-gec görünməsi, Musayevin oyunçu seçiminə müdaxilə etməməsi, idman direktoru İqor Ponomoryovla baş məşqçinin düzgün münasibət qurması mütləq qabardılmalıdır. Əminliklə demək olar ki, "Sabah" hələ yolun yarısındadır və bu klubun Avropaya səs salmaq ehtimalı böyükdür. Mayda ilk çempionluq arzusu həyata keçsə də, keçməsə də...

Nihat Ağasoy  

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu üzəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

Facebookdan bizi izləməyi unutmayın.
X