"Neftçi" və SSRI yığmasının sabiq futbolçusu Anatoli Banişevskinin xatirəsi vəfatının 25 illiyi ilə əlaqədar yad olunub.
Fanat.Az xəbər verir ki, mərhum hücumçunun ailə üzvləri, AFFA-nın əməkdaşları, futbol veteranları, futbol ictimaiyyətinin nümayəndələri A.Banişevskinin məzarını ziyarət edib, gül dəstələri qoyublar.