“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov evdə “Kəpəz”lə 2:2 hesablı bərabərə qaldıqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında çıxış edib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı mütəxəssis komandanı yarımfinala yüksəldən görüşü belə şərh edib:
“Durumumuz yaxşı deyil. Həm yorğunluq var, həm də zədəli oyunçularımızın sayı çoxdur. “Kəpəz”in son vaxtlar yaxşı formada olması matçın çətin alınmasına gətirib çıxarıb. Kubok oyunu çempionat matçından bir qədər fərqlənir. İlk dəqiqələrdə qollar vursaq da, “Kəpəz” sonradan üstünlüyü ələ aldı, hesabı bərabərləşdirdi. İkinci hissədə orta sahədə taktiki savaş getdi. “Kəpəz”ə ciddi qol epizodu vermədik. Artıq dekabrın 24-də “Qəbələ” ilə çempionat oyununa hazırlaşacağıq. Komandamızda gənc futbolçular var, onlara da oynamaq şansı yaradılacaq”.