“Qəbələ”nin iki futbolçusu hazırlıq prosesində iştirak etmir.
Fanat.Az xəbər verir ki, Rüfət Əhmədov əməliyyat sonrası reabilitasiya dövrü keçir.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la cavab oyununda (1:0) zədələnən Məqsəd İsayev isə bərpa prosesini davam etdirir. Onun bu gündən məşqlərə qoşulması gözlənilir. Lakin futbolçunun ilin son matçı olacaq “Turan Tovuz”la görüşdə iştirak edib-etməyəcəyi bilinmir.
Premyer Liqanın 19-cu turunun “Qəbələ” – “Turan Tovuz” matçı sabah keçiriləcək.