“Səbail”in qış fasiləsi üçün hazırlıq planının detalları bəlli olub.
Fanat.Az xəbər verir ki, təlim-məşq toplanışını Türkiyədə keçirəcək paytaxt təmsilçisi Antalyaya yanvarın 3-də yollanacaq.
“Dənziçilər” hazırlıq çərçivəsində 3 sınaq matçı keçirəcək. Mahmud Qurbanovun baş məşqçi olduğu komanda yanvarın 8-də Polşanın “Legiya” (Varşava), 12-də Çexiyanın “Bohemians” (Praqa), 16-da isə Serbiyanın “Spartak” (Subotiça) klublarıyla yoxlama görüşlərində qüvvəsini sınayacaq.
Komanda yanvarın 17-da Bakıya qayıdacaq.