"Səbail” 4 legionerini əsas komandadan uzaqlaşdırıb.
Paytaxt klubunun mətbuat katibi Sənəm Fərhadovanın Fanat.Az-a verdiyi məlumata görə, baş məşqçi Mahmud Qurbanov argentinalı Fakundo Kardozo, braziliyalı Qustavo de Fransa, ukraynalı Maksim Çex və portuqaliyalı Kizito Luvaqanın xidmətindən imtina edib:
"Onlarla müqavilələrin müddəti hələ davam edir. Düzdür, baş məşqçinin istəyi ilə əsas komandadan uzaqlaşdırılıblar. Hazırda menecerləri ilə danışıq aparılır. Onlarla bağlı qərar danışıqların nəticəsindən asılı olaraq veriləcək".
Qeyd edək ki, Mahmud Qurbanov "Report"a açıqlamasında sözügedən futbolçularla yolları ayırdıqlarını açıqlayıb.
Mirağa