00:33 30.12.2022 270

“Qəbələ” üçün 2022-ci ilin 12 hadisəsi

Son günlərini yaşadığımız 2022-ci ildə “Qəbələ” İdman Klubunun futbol komandaları yaşıl meydanlarda, digər növlər üzrə təmsilçiləri müxtəlif yarışlarda qüvvəsini sınayıb.

Fanat.Az xəbər veri rki, klubun idmançıları bu ili də bir sıra nailiyyətlərlə yekunlaşdırıblar. “Qırmızı-qaralar” komanda və fərdi yarışlardakı uğurları ilə azarkeşlərinə sevinc bəxş ediblər. “Qəbələ” İK-in rəsmi saytı 2022-ci ilin ən yaddaqalan 12 məqamını açıqlayıb:

1. Yenidən “Top-4”də

“Qəbələ” Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünü 4-cü pillədə başa vurub. Bununla da komanda iki illik fasilədən sonra çempionatın ən güclü 4 kollektivi sırasına düşüb. 2018/19 mövsümündən sonra ilk dəfə turnir cədvəlinin birinci yarısında qərarlaşan “qırmızı-qaralar” bununla da avrokuboklara vəsiqə qazanıb. “Qəbələ” 4-cü yerin sahibi kimi Konfrans Liqasına yüksəlib.

2. Yarımfinaldan yarımfinala

“Qəbələ” Azərbaycan kubokunun 2021/22 mövsümünü yarımfinalda “Qarabağ”a uduzaraq başa vurub. 2022/23 mövsümünün 1/4 finalında eyni rəqiblə üz-üzə gələn “Qəbələ” revanş alaraq yenidən yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda mübarizəni gələn il davam etdirəcək “qırmızı-qaralar” son 8 ildə 7-ci dəfə yarımfinalçılar arasında yer alıb.

3.  “Qəbələ”dən iki çempionluq

“Qəbələ” Futbol Akademiyasının komandaları ölkə çempionatlarında daha iki çempionluq yaşayıb. U-19 və U-17 AFFA-nın təşkilatçılığı ilə baş tutan liqaların 2021/22 mövsümünün qalibi olub. Klubun təmsilçiləri ümumilikdə üç medal qazanıblar. Çempion olan U-19 və U-17 kimi, U-15 də ili mükafatçılar sırasında başa vurub. Bu komanda bürünc medala sahib çıxıb.

4. Yenə Gənclər Liqasında

“Qəbələ”nin U-19 komandası avrokubokların daimi iştirakçısına çevrilib. “Qırmızı-qaralar” tarixində 5-ci, ardıcıl 4-cü dəfə UEFA Gənclər Liqasında mübarizə aparıb. “Qəbələ” mübarizə apardığı Çempionlar yolunda Xorvatiya təmsilçisi “Hayduk”la üz-üzə gəlib. Komanda mərhələ adlaya bilməsə də, güclü rəqiblə qarşılaşmada mübarizə əzmi ilə diqqət çəkib.

5. Konfrans Liqasında debüt

“Qəbələ” iki illik fasilədən sonra avrokubokların iştirakçıları sırasına qayıdıb. 6 dəfə Avropa Liqasında mübarizə aparan “qırmızı-qaralar” Konfrans Liqasında debüt edib. Macarıstanda “Fehervar”a uduzan Elmar Baxşıyevin yetirmələri ev görüşündə qələbə qazanmağı bacarıb. Amma komanda matçı əlavə vaxta daşıya bilməyib.

6. Rafael Ağayevdən yeni titul

Karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev növbəti titulunu qazanıb. Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da çempionluq kəmərinə yiyələnib. O, titul görüşündə ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib. Bu döyüşdə rəqibini məğlub edən Ağayev çempionluq kəmərinə sahib çıxıb.

7. İslam Həmrəyliyi Oyunlarında dörd medal

“Qəbələ” idmançıları 5-ci İslam Həmrəyliyi Oyunlarında 4 medal qazanıblar. Türkiyənin Konya şəhərində keçirilən yarışda cüdoçu İmran Yusifov çempion olub. +100 kq çəkidə çıxış edən idmançı Azərbaycanın kişilərdən ibarət milli komandasının heyətində uğura imza atıb. Taekvondoçu Cavad Ağayev gümüş medal qazanıb. 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı yalnız finalda uduzub. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası qardaş ölkədə 3-cü yeri tutub. Bürünc əldə edən heyətdə “Qəbələ”nin iki oyunçusu - İbrahim Ramazanov və Mehrac Baxşalı da yer alıb.

8. Titulunu qorudu, UFC-də debüt etdi

Nəriman Abbasov "AMC Fight Nights"ın çempionu titulunu qoruyub. O, Rusiyanın paytaxtı Moskvada Marif Pirayevlə qarşılaşıb. Yüngül çəkidə çıxış edən 28 yaşlı idmançı rəqibi üzərində inamlı qələbə qazanıb. Bu uğurlardan sonra UFC-dən təklif alan Abbasov nüfuzlu döyüş təşkilatı ilə müqavilə imzalayıb. O, burada debüt döyüşünü də keçirib.

9. Dünya üçüncüsü

Cavad Ağayev dünya çempionatının bürünc medalını qazanıb. Taekvondoçu Meksikanın Qvadalaxara şəhərində keçirilən yarışda fərqlənib. 68 kq çəki dərəcəsində çıxış edən Ağayev yarımfinala qədər irəliləyib. Finalın bir addımlığında büdrəyən idmançı dünya üçüncüsü olub.

10. Avropa gümüşü

Karate üzrə Azərbaycan yığması Avropa çempionatında gümüş medal qazanıb. “Qəbələ”nin üzvləri Rafael Ağayevlə Rafiz Həsənov da millinin heyətində olub. Onlar Türkiyənin Qaziantep şəhərində keçirilən 57-ci qitə çempionatında uğura imza atıblar. 

11. Yeni tərəfdaşlar

“Qəbələ” İdman Klubu yeni tərəfdaşlarla anlaşıb. Yanvarda “West Hospital” klinikası ilə tibbi tərəfdaşlıq müqaviləsi imzalanıb. Tərəflər arasında əməkdaşlıq razılaşması 1,5 illik nəzərdə tutulub. Klub martda “Kəhriz Su” ilə əməkdaşlığa da başlayıb. Şirkətlə su tərəfdaşlığı barədə razılaşma 2022/23 mövsümünün sonunadək qüvvədə olacaq. Avropanın innovativ şirkətlərindən olan, idman sənayesi üçün texnoloji həllər və yeniliklər təklif edən “Blocksport” ilə müqavilə oktyabrda imzalanıb. Bu tərəfdaşlıq 3 ili əhatə edəcək.

12. Mükafatçılar

“Qəbələ”nin fərdi idman növlərində çıxış edən təmsilçiləri Azərbaycan çempionatlarında da uğurla çıxış edib. Namiq Yarəliyev (54 kq) və Kamran Şahsuvarlı (80 kq) kişi boksçuların yarışında gümüş medala yiyələnib. Məhsəti Həmzəyeva (57 kq) qadın əlcək sahibləri arasında ölkə çempionu olub. Gənc boksçuların yarışında isə Fərhad Şeydayev (75 kq) qızıl, Ramal Yolçuyev (48 kq) gümüş əldə edib. Kikboksçulardan Alim Nəbiyev (81 kq) “Full Contact” versiyası, Əbdülhüseyn Qurbanov (+91 kq) gənclər və yeniyetmələr arasında ölkə çempionu olmağı bacarıb. Klubun cüdoçusu Tamerlan Cabbarov (90 kq) 18 yaşadək yeniyetmələr arasında Azərbaycan çempionu adını qazanıb. Rəşad Veysəlov (57 kq) 15 yaşadək yeniyetmə sərbəst güləşçilər arasında ölkənin ən güclüsü olub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

Facebookdan bizi izləməyi unutmayın.
X