"Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike Braziliya A Seriyasında bir neçə klubun diqqət mərkəzindədir.
Fanat.Az "Correio Do Povo"ya istinadən xəbər verir ki, son mövsüm "İnternasional"dakı çıxışı ilə göz oxşayan hücumçu "San Paulo", "Flamenqo" və "Fluminense"nin transfer siyahısına düşüb.
Ancaq onun “İnternasional”la müqaviləsini yeniləmək variantı da var. Danışıqların növbəti mərhələsi 2023-cü ilin ilk günlərində baş tutmalıdır. İlk təmas Qətərdə keçirilən dünya çempionatı zamanı baş tutub.
2022-ci ilin əvvəlində 1 milyon avroya Türkiyə "Sivasspor"undan "İnternasional"a keçən Enirike də sərfəli təkliflərə baxmayaraq, Beyra-Rioda qalmaq istəyir. Bununla belə, o, həm maaşın artırılmasını və müqavilənin müddətinin uzadılmasını tələb edir.
32 yaşlı futbolçu bir il ərzində A Seriyasında 7, Sudamerikana kubokunda 1 qol vurub.
Qeyd edək ki, Pedro 2017/18 mövsümündə icarə əsasında "Qarabağ”a çıxış edib. O, "Roma” ilə Bakıdakı oyunda fərqlənən Pedro "Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidir. Braziliyalı futbolçu Ağdam təmsilçisinin heyətində bütün turnirlərdə 26 oyun keçirib və 6 qol vurub, 2 məhsuldar ötürmə verib.
Mirağa