00:45 14.01.2023 272

Filip Ozobiç: “Çempion olacağımıza inanıram”

“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkəsinin mətbuatına müsahibə verib.

Fanat.Az xəbər verir ki, o, komandasının avrokuboklardakı çıxışı barədə danışıb:

"Qarabağ" daim avrokuboklarda çıxış edir. Fikrimcə, bir çox klub bizə həsəd aparmalıdır. Çempionlar Liqasının pley-offunda Çexiyanın "Viktoriya" (Plzen) komandasını keçə bilmədik. Buna görə də Avropa Liqasının qruplarına düşdük. Orada isə Almaniya "Frayburq"u və Fransa "Nant"ından sonra qrupda 3-cü yeri tutduq. Fransızlardan cəmi bir xal geri qaldıq. Yunanıstan "Olimpiakos"nu qabaqlayaraq, Konfrans Liqasının pley-offuna vəsiqə qazandıq. İndi bizi 1/8 finala yüksəlmək uğrunda Belçika "Gent"i ilə oyun gözləyir. Düşünürəm ki, şanslar bərabərdir".

O, Premyer Liqada da çox yaxşı nəticələr qazandıqlarını söyləyib: "Ən yaxın izləyicimizdən yeddi xal öndəyik. Sadəcə, bu cür davam etməliyik. İnanıram ki, mövsümün sonunda çempion olacağıq. Yeri gəlmişkən, son doqquz ildə “Qarabağ” 8 dəfə çempion olub, yalnız 2021-ci ildə "Neftçi" titula sahib çıxıb".

Azərbaycan Kubokunda sabiq komandası "Qəbələ"yə uduzaraq, mübarizəni dayandırdıqlarını deyən təcrübəli oyunçu titulu "qırmızı-qaralar"ın qazanmasını istədiyini vurğulayıb: "Bizim şansımız yoxdursa, qoy, "Qəbələ" qalib gəlsin. Bu komanda ilə bağlı yalnız ən yaxşı xatirələrim var. Orada hər şey əla idi və ilk mövsümümdə çempionatın bombardiri olmuşdum".

Azərbaycanda 7-ci ilini keçirən Ozobiç yeni gələndə bu qədər qalacağını gözləmədiyini etiraf edib: "Amma belə alındı. Hazırkı vəziyyətimdən razıyam. Heç bir problemim yoxdur. Burada yaşamaq həqiqətən xoşdur. Bakı şəhəri də insanlar kimi gözəldir. İki milyondan çox insan şəhərin özündə, təxminən səkkiz milyonu isə bölgələrdə yaşayır. Bakı dünyanın ən böyük brendlərinin mağazaları və ən məşhur restoran şəbəkələrinin olduğu müasir, çox təhlükəsiz şəhərdir. İndiyədək əcnəbi kimi heç bir narahatlığım olmayıb. Ola bilsin ki, məsafəyə və ya keçmişdə baş verənlərə görə insanların bu ölkə haqqında yanlış təsəvvürləri var. Amma Bakıya turist kimi səfər edə bilən hər kəsə bunu təklif edirəm. Peşman olmayacaqlar. Standartlar yüksəkdir. Xorvatiyada olduğu kimi, nahar və ya şam yeməyi üçün bahalı restoranlar var. Amma daha ucuzlarını da tapmaq olar. Kafelərdə də belədir. Hamısı hara getdiyinizdən asılıdır. Benzinin bir litrinin qiyməti təxminən 3,5 xorvat kunasıdır".

Azərbaycan millisinin də formasını geyinən yarımmüdafiəçi AÇ-2024-ün seçmə mərhələsindəki şansları dəyərləndirib: "Belçika, İsveç, Avstriya və Estoniyanın yer aldığı çətin qrupa düşmüşük. İlk 3 yığma qrupun favoritidir, amma əlimizdən gələni etməyə və mümkün qədər çox xal toplamağa çalışacağıq".

Ozobiç "Qarabağ”la müqaviləsinin bu ilin yayında başa çatacağını, lakin klubla hələlik bu barədə danışmadıqlarını qeyd edib: "Görək, necə olacaq. Hələ futboldayam, hər şeyi zaman göstərəcək. Məni idarəçilikdən çox məşqçilik maraqlandırır, amma hələlik bu barədə düşünməyə ehtiyac yoxdur”.

Published in Azərbaycan futbolu,

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

Facebookdan bizi izləməyi unutmayın.
X