Antalyada təlim-məşq toplanışında olan "Turan Tovuz"un hazırlıq planında dəyişiklik olub.
Fanat.Az.xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qərb təmsilçisi yanvarın 17-də Polşanın "Qurnik" klubu ilə deyil, Qazaxıstan "Jetisu"su ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, ilk sınaq matçında Rumıniya "Petrolul"una uduzan (2:3) "Turan Tovuz" ikinci oyununda İsveçrənin "Aarau" klubunu üstələyib - 1:0. Komanda yanvarın 18-də hazırlığı başa vuraraq vətənə dönəcək.