“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin agenti Uqo Kayudo müştərisinin Rusiyanın “Krasnodar” klubuna transfer olunacağı ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, “euro-futbol.ru” Kayudonun dediklərini belə çatdırıb:
"Rusiyadan bizimlə əlaqə saxlamayıblar. Ola bilsin ki, "Krasnodar" maraqlanıb. Ancaq mən bu barədə heç nə bilmirəm”.
Qeyd edək ki, “Krasnodar” “Qarabağ”ın digər yarımmüdafiəçisi Kadi Borgesi heyətinə qatıb.
Nihat