Türkiyədə təlim-məşq toplanışını başa vuran “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun baxışa çağırılan Erik Ayukla bağlı qərarı bəllidir.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Abbasov 25 yaşlı kamerunlunu bəyənməyərək geri göndərib.
Qeyd edək ki, “Turan Tovuz” Antalyada 3 sınaq matçına çıxıb. Ayxan Abbasovun yetirmələri Rumıniyanın “Petrolul” komandasına 2:3 hesabıyla uduzub, İsveçrə “Aarau”suna 1:0, Qazaxıstan təmsilçisi “Jetisu"ya 2:0 hesabıyla qalib gəlib.
Nihat