Antalyada təlim-məşq toplanışında olan "Kəpəz" bu gün növbəti - sonuncu yoxlama oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, qərb təmsilçisi Qazaxıstanın "Kaysar" komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Klubun mətbuat xidmətindən saytımıza verilən məlumata görə, bu oyunla hazırlığını başa çatdıracaq "Kəpəz" sabah səhər saatlarında Bakıya dönəcək.
Qeyd edək ki, yanvarın 7-dən Türkiyədə olan Gəncə təmsilçisi "MTK Budapeşt" (Macarıstan) və "Novi Pazar" (Serbiya) komandaları ilə gücünü sınayıb. Tərlan Əhmədovun baş məşqçi olduğu komanda macarları 1:0 yenib, serblərlə sülh bağlayıb (0:0).