16:45 24.01.2023 226

"Hər iki komandaya alqış düşür" - Elmar Baxşıyev

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunda "Qəbələ" səfərdə "Kəpəz"in qonağı olub.

Fanat.Az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında 2:2 hesabı ilə başa çatan matçı dəyərləndirib: 

“Heyətin geniş olmasını istəyirəm. Amma transfer məsələsində heç bir yenilik yoxdur. Bir aylıq fasilədən sonra ilk rəsmi oyunumuzun ağır olacağını bilirdik. “Kəpəz” də yaxşı təşkilatlanmış, heyətində maraqlı futbolçuları olan komandadır. Birinci hissədə oyunumuz istədiyimiz kimi alınmadı. Qapımıza təyin olunan ilk penaltidən sonra matçın ritmini itirdik. Amma xarakter nümayiş etdirdik və ikinci hissədə istədiyim “Qəbələ”ni meydanda görə bildim. İnamlı mübarizəyə görə, hər iki komandaya alqış düşür”.

Mütəxəssis qapılarına təyin edilən birinci penalti epizodunda hakimin yanlış qərar verdiyini düşünür: “Hakimlik üzərində çox dayanmaq istəmirik. Amma birinci epizodda məncə, penalti yox idi. Çünki bilərəkdən zərbə vurulmamışdı. Futbolçumuz top uğrunda mübarizə zamanı əlini açmalı oldu. Ürfan Abbasovun səmimiyyətinə inanıram. Onun bilərəkdən etmədiyinə əminəm”.

O, oyunöncəsi məşq zamanı iki futbolçularının zədələndiyini söyləyib: “Rafael Utziq komanda ilə Antalyada hazırlıq keçməmişdi. Amma burada boş dayanmamışdı, fərdi məşqlər edirdi. Düşünmürəm ki, əvəzetmələr oyunun ritmini dəyişdi. Sadəcə, futbolçular düzgün reaksiya verərək, ikinci hissədə daha aqressiv oynadılar. Bizim komandada ehtiyat oyunçu yoxdur, hamı eynidir. Kimin üzərinə nə düşürsə, artığını etməyə çalışır. Birinci hissədə ağır görünməyimizin səbəbi kimi meydançanın durumunu göstərə bilərəm. Kənardan yaxşı görünsə də, çox ağırdır. Hətta məşqdə iki nəfəri – Asif Məmmədov və Andrey Strijakı itirdik. Adi epizodda zədələndilər”.

Baş məşqçi transfer çalışmalarını davam etdirsələr də, bu yöndə hələ heç bir yeniliyin olmadığını deyib. O, “Kəpəz”lə görüşdə zədələnən braziliyalı hücumçu Ramon Maçadonun durumunun isə hazırda qeyri-müəyyən olduğunu bildirib: “Durumunu hələ dəqiq bilmirik. Amma müəyyən dərəcədə dartılma var. Maçado özü də bunu hiss elədiyini dedi”.

Elmar Baxşıyev əlavə edib ki, hədəfləri bu mövsüm də avrokuboklara vəsiqə qazanmaqdır: “Ötən mövsüm də heç kim “Qəbələ”ni iddialı saymırdı. Ancaq futbolçularım öz iddialarından sona kimi əl çəkmədilər. Həmişə avrokuboklar zonasına düşməyə çalışacağıq. Hər iki cəbhədə mübarizə aparacağıq. Çempionatdan əlimizi üzüb sırf kuboka hazırlaşmaq firimiz yoxdur. Komandanı qarşıdakı matça hazırlaşdırırıq”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

Facebookdan bizi izləməyi unutmayın.
X