“Kəpəz”in yarımmüdafiəçisi Nicat Süleymanov futbol üzrə Azərbaycan çempionatının 19-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri ev oyununu dəyərləndirib.
24 yaşlı futbolçu Fanat.Az-a açıqlamasında belə danışıb:
“Oyuna sürətli başladıq. Bunun nəticəsində iki penal qazandıq. İkinci hissəyə daha yaxşı başlaya bilərdik. Nəticədə qələbə hesabını qorumaq mümkün olmadı. Matçın sonlarında komandada müəyyən yorğunluq var idi. Əsas heyət üzvlərindən dörd futbolçunun olmaması özünü göstərdi. Unutmayaq ki, “Kəpəz”in heyətində beş futbolçu debüt oyununu keçirirdi. İstənilən halda, bu amili də nəzərə almalıyıq. Onların hər birinə uğurlar arzulayıram. Uyğunlaşma prosesini başa vurandan sonra komandaya daha çox fayda verəcəklərinə inanıram. Bu oyunu unudub qarşıdakı matçlara hazırlaşacağıq”.
Qeyd edək ki, cari mövsüm “Kəpəz” forması ilə 18 matça çıxan Nicat 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb.
Nihat