“Neftçi” qış transfer pəncərəsində 3-cü transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, “ağ-qaralar” Yaponiyanın “Çiba” komandasının braziliyalı hücumçusu Mateus Bonifakio Saldanya Marinyo ilə razılığa gəlib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı forvard son 6 ayı icarə əsasında Çin Super Liqasında – “Çendu Tsyanbao” klubunda çıxış edib. O, Braziliyanın “Bahiya” klubunun da formasını geyinib.
Qeyd edək ki, “Neftçi” qış transfer pəncərəsində müdafiəçi Höccət Haqverdi və yarımmüdafiəçi Kilan Lebonu heyətinə qatıb.