15:29 27.01.2023 641

Klublarımızın qış hazırlığı necə keçdi?

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Bu həftə futbol üzrə Azərbaycan Premyer Liqasında qış fasiləsinə yekun vuruldu. 

Klublarımız mövsümün ikinci yarısına hazırlığı Türkiyənin Antalya şəhərində keçirdilər. 

Fanat.Az Azərbaycan klublarının fasilədən necə yararlandığını araşdırıb. 

"Qarabağ"

Ağdam klubu 4-23 yanvar tarixləri arasında qardaş ölkədə hazırlıq keçdi. Komanda Antalyanın Belek bölgəsində yerləşən "Gloriya Sport" oteldə məskunlaşdı. 19 gün davam edən təlim-məşq toplanışında "köhlən atlar" 3 yoxlama oyununda qüvvəsini sınadılar. 

13 yanvar - “Rakuv” (Polşa) 0:3
18 yanvar - “Çukariçki” (Serbiya) 1:0
18 yanvar - “Poqon” (Polşa) 2:4

***

"Qarabağ" qış transfer pəncərəsindən də faydalandı: 

Komandanın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevlə müqavilə yeniləndi. 2016-cı ildən "Qarabağ"da çıxış edən millimizin 29 yaşlı qolkiperi ilə sözləşməsinin müddəti 2026-cı il iyunun 30-dək uzadıldı.

Müdafiəçi Marko Veşoviç ilə yeni müqavilə imzalandı. 2 ildir "Qarabağ"da çıxış edən Monteneqro millisinin üzvü ilə daha 2 illik sözləşmə bağlandı. Yeni müqavilənin müddəti 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.

Ağdam klubu daha 3 yeni transfer də rəsmiləşdirdi.

Bunlar Fransanın U-21 millisinin şərəfini qorumuş 26 yaşlı hücumçu Adama Diakabi, Albaniya yığmasının hücumçusu Redon Cica və fransalı yarımmüdafiəçi Yassin Benziadir. 

Redon Cica

Diakabinin müqaviləsinin müddəti 30 iyun 2025-ci il, Cicanın 30 iyun 2026-cı il, Benzianın isə 30 iyun 2025-cı il tarixlərinə qədər nəzərdə tutulub. 

***

Bu qış Ağdam klubunda ayrılıq da yaşandı. Komanda braziliyalı yarımmüdafiəçisi Kadi Borgesi Rusiyanın “Krasnodar” klubuna satdı. 26 yaşlı futbolçu ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalandı. Bu transfer “Qarabağ”a təxminən 5 milyon avro qazandırdı.

Xatırladaq ki, Kadi Borges 2021-ci ilin yayından “Qarabağ”ın şərəfini qoruyurdu. O, Ağdam təmsilçisində 75 oyuna 28 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb.


"Neftçi"

Paytaxt klubu Antalyanın Belek bölgəsində yerləşən "Gloria Verde Resort"da məskunlaşdı. Təlim-məşq toplanışı 4-20 yanvar tarixləri arasında baş tutdu. 16 gün davam edən təlim-məşq toplanışında "Neftçi" 3 yoxlama oyunu keçirdi. 

10 yanvar - “Vaşaş” (Macarıstan) 1:1
15 yanvar - “Medz Leqnisa” (Polşa) 1:2
19 yanvar - “Srvena Zvezda” (Serbiya) 0:1

***

Paytaxt klubunun qış transfer pəncərəsində ilk transferi Höccət Haqverdi oldu. Son klubu “Sumqayıt” olan millimizin üzvü ilə 1,5 illik müqavilə imzalandı. 

Daha sonra "ağ-qaralar" Qazaxıstanın "Astana" klubundan ayrılan Kilan Lebonu heyətinə cəlb etdi. 25 yaşlı yarımmüdafiəçi ilə 1.5+1 illik sözləşmə bağlandı. 

“Neftçi” bu qış 3-cü transferi Yaponiyanın “Çiba” komandasının braziliyalı hücumçusu Mateus Bonifakio Saldanya Marinyo oldu. 24 yaşlı forvard son 6 ayı icarə əsasında Çin Super Liqasında – “Çendu Tsyanbao” klubunda çıxış edib. O, Braziliyanın “Bahiya” klubunun da formasını geyinib.

***

Bu qış klubu tərk edənlər də oldu: 

11 yanvarda “Neftçi” futbolçusu Yusuf Lavalın satışı ilə əlaqədar Portuqaliyanın “Arouka” klubu ilə rəsmi danışıqlara başladığını açıqladı. Nigeriyalı yarımmüdafiəçi komandanın düşərgəsindən ayrılaraq, Bakıya döndüyü, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcəyi bildirildi. 

Həmçinin "Neftçi" yayda heyətinə qatdığı Qodsvey Donyonu Kiprin "Apollon" (Limassol) komandasına satdı. 28 yaşlı futbolçu Limassol təmsilçisi ilə müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulmuş müqavilə imzaladı.


"Zirə"

"Zirə" yanvarın 2-si tarixində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına start verdi. “İC Green Palace” otelində məskunlaşan "qartallar" 18-i yanvarda vətənə geri döndü. 16 gün davam edən toplanış çərçivəsində paytaxt klubu 3 yoxlama oyununda çıxış etdi. 

10 yanvar - “Çindia” (Rumıniya) 3:2
17 yanvar - “Szeged-Csanad” (Macarıstan) 1:3 
17 yanvar - “Radniçki” (Serbiya) 0:0

Qış transfer pəncərəsində "Zirə"yə gələn də oldu, gedən də: 

Komanda bu qış sadəcə bir transfer həyata keçirdi. Paytaxt təmsilçisi ukraynalı futbolçu Vladislav Kulaçla anlaşdı. 30 yaşlı hücumçu yeni komandası ilə 1,5 illik müqavilə imzaladı. Vladislav Kulaçın son klubu Ukrayna “Dinamo”su (Kiyev) olub. O, həmçinin ölkəsinin “Şaxtyor” (Donetsk), “Mariupol”, “Metallurq” (Zaporojye), “Stal”, “Zorya”, “Vorlska”, “Oleksandriya”, həmçinin, Türkiyənin “Eskişehirspor” və Macarıstanın “Honved” klublarında çıxış edib.

Komandanın iki üzvü isə klubdan ayrıldı. "Qartallar" müdafiəçiləri Təmkin XəlilzadəNemanya Andelkoviç ilə yolları ayırdı. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyuldu. 

“Qəbələ” 

Antalyada qış təlim-məşq toplanışı keçirən “qırmızı-qaralar” yanvarın 4-dən 17-dək qonşu ölkədə hazırlaşdı. Komanda “Limak Lara” otelində məskunlaşdı. Bu müddətdə əyalət təmsilçisi 3 yoxlama oyununda qüvvəsini sınadı. 

12 yanvar - “Sepsi” (Rumıniya) 2:2
14 yanvar - "Lukanvalde" (Almaniya) 3:2
16 yanvar - “Teplitse” (Çexiya) 1:2

Qeyd edək ki, "Qəbələ" qış transfer pəncərəsi dönəmində "bazarlıq" etmədi. 

"Sabah"

Paytaxt klubunun Antalya toplanışı 7-19 yanvar tarixlərini əhatə edib. Antalyanın Hüseyn Aygün təlim-məşq bazasında məskunlaşan "Sabah" bu müddətdə 2 yoxlama oyunu keçirdi. 

12 yanvar - “Varta” (Polşa) 1:1
18 yanvar - “Voyvodina” (Serbiya) 4:2

"Sabah" qış transfer pəncərəsindən də faydalandı: 

Paytaxt təmsilçisi müdafiəçi Amin Seydiyevlə müqaviləni yenilədi. Azərbaycan millisinin də üzvü olan 24 yaşlı müdafiəçinin yeni sözləşməsinin müddəti 2026-cı ilə kimi nəzərdə tutulub. Seydiyev 2020-ci ildən “Sabah”ın uğurları üçün çalışır. Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur. O, bu günə kimi komandanın heyətində 71 rəsmi matç keçirib (66 oyun Premyer Liqada, 5 oyun ölkə kubokunda), 2 qol vurub.

"Sabah" bu qış qapıçısı Aleksandr Neçayevlə yollarını ayırdı. 28 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edildi. Belaruslu oyunçu klub ilə 2022-ci ilin yanvarında 1,5 illik müqavilə imzalamışdı.

Komanda gənc futbolçular Abdulla Rzayev İdris İnqilablını icarəyə verdi. Hər iki futbolçu cari mövsümün sonuna kimi Gəncənin “Kəpəz” klubunda çıxış edəcək. Abdulla cari mövsümün ilk yarısını icarə əsasında “Şamaxı” klubunda çıxış edib. İdris isə mövsümün ilk yarısını “Sabah”da keçirib.

"Sumqayıt"

"Gənclik şəhəri" təmsilçisi Azərbaycan Premyer Liqasının ikinci yarısına hazırlığı 5-18 yanvar tarixləri arasında Antalyada keçdi. Komanda Lara bölgəsindəki "Concorde De Luxe" hotelində məskunlaşdı. Komanda bu müddət ərzində iki yoxlama oyunu keçirdi.

12 yanvar - "Radnik" (Serbiya) 2:1
17 yanvar - "Krılya Sovetov" (Rusiya) 0:1

"Sumqayıt" qış transfer pəncərəsindən də faydalanmağa çalışdı. Komandaya 3 yeni futbolçu gəldi, 1 nəfər isə yola salındı. 

"Kimyaçılar" cari mövsümün əvvəlində icarəyə götürdüyü Bosniya və herseqovinalı futbolçu Almir Aqanspahiçlə vidalaşdı. 27 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu Serbiya “Çukariçki”sinə qayıtdi.

"Sumqayıt"a qoşulanlar sırasında isə Rumıniyanın “Botoşani” klubunda çıxış etmiş liberiyalı vinger Terrens Tisdel var. Onunla 2023/24 mövsümünün sonuna qədər müqavilə imzalandı.

Bu qış "Sumqayıt" heyətinə tarixində ilk dəfə braziliyalı futbolçu qatdı. Komanda Ukraynanın “Kolos” klubunun vingeri Dieqo Kariokanı rənglərinə bağladı. 25 yaşlı oyunçu müqavilənin müddətinin uzadılması şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb.

Dieqo Karioka

Növbəti transfer isə Masaki Murata oldu. "Gənclik şəhəri" təmsilçisi son olaraq Latviyanın "Valmiera" klubunda çıxış etmiş yaponiyalı yarımmüdafiəçi  ilə 1.5 illik müqavilə imzaladı. Ötən mövsüm Latviya çempionu olan 24 yaşlı futbolçu 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. 

"Şamaxı"

Əyalət təmsilçisi 11 yanvar tarixində Türkiyənin Antalya şəhərinə yollandı. 11 gün "Kamelya Selin" otelində məskunlaşan komanda bu müddətdə 3 yoxlama oyunu keçirdi. 

11 yanvar - "Kaysar" (Qazaxıstan) 0:0
11 yanvar - "Botaşani" (Rumıniya) 0:1 (başa çatmayıb) 
18 yanvar - "Napredak" (Serbiya) 0:1

"Şamaxı" qış transfer pəncərəsindən də faydalandı: 

Bölgə klubu Bəhruz Teymurov, Adil Nağıyev, Abdulla Rzayev, Samir Qurbanov, Uğur Cahangirovla vidalaşdı.

"Kəpəz"dən Emil Qasımov, Əli Səmədov Zahid Mərdanov, həmçinin "Sabah"dan Emin Zamanovu  transfer edən “Şamaxı” Rəhman Daşdəmirov, Rövşən Şahmuradov, Fuad Bayramov Bahadur Həziyevlə sözləşməni yenilədi. Zamanovla 1 illik, Mərdanovla 1,5 illik, Səmədovla isə 1 illik müqavilə imzalandı. 

"Səbail" 

Yanvarın 3-də Antalyada təlim-məşq toplanışına start verən paytaxt klubu 17-si tarixində Bakıya geri döndü. “Dənizçilər” hazırlıq çərçivəsində 3 yoxlama görüşündə qüvvəsini sınadı. 

8 yanvar - "Legiya" (Polşa) 2:2
12 yanvar - "Bohemians" (Çexiya) 0:0
16 yanvar - "Spartak" (Serbiya) 0:1

Qış transfer pəncərəsi dönəmində "Səbail"də bir sıra dəyişikliklər oldu. Komandanın məşqçilər korpusu yeniləndi. Tutduğu vəzifədən istefa verən Mahmud Qurbanovun postuna Şahin Diniyev təyinat aldı. Təcrübəli mütəxəssislə 2023/2024-cü illər mövsümünün sonunadək müqavilə imzalandı. Azər Məmmədovla Kərim Diniyev baş məşqçinin köməkçisi, Elmir Xankişiyev fiziki hazırlıq üzrə məşqçi, Fuad Əsədov isə qapıçılar üzrə məşqçi vəzifəsinə təyin olundular.

“Şamaxı”dan ayrılan Adil Nağıyev müqavilə ilə məxsus olduğu “Səbail”ə geri döndü. Paytaxt klubundan ayrılan Emin Zamanov isə "Şamaxı" ilə anlaşdı. 

"Səbail”  Fransa Liqa 2-də çıxış edən "Pau" komandasından yeni futbolçu transfer etdi. "Dənizçilər" David Qomisi heyətinə qatdı. Qvineya-Bisau əsilli fransalı hücumçu ilə 1 illik müqavilə imzalandı.

"Kəpəz"

7 yanvar tarixində Antalyaya yollanan “Kəpəz” qış təlim-məşq toplanışı 19-u tarixində başa çatdı. Bu müddətdə Gəncə klubu 3 yoxlama oyunu keçirtdi. 

14 yanvar - "MTK Budapeşt" (Macarıstan) 1:0
16 yanvar - "Novı Pazar" (Serbiya) 0:0
18 yanvar - "Kaysar" (Qazaxıstan) 3:0

Transfer çalışmalarına da zaman ayıran komanda Litvanın "Hegelman" klubundan Salif Sisse və MOİK-dən Elgün Bayramovu heyətinə qatdı. 
30 yaşlı fransalı forvardla cari mövsümün sonunadək müqavilə bağlandı. Gəncə futbol məktəbinin yetirməsi olan 19 yaşlı qapıçı ilə isə müqavilənin müddəti 1.5 illikdir.

"Kəpəz” cənubi azərbaycanlı müdafiəçi Peyman Keşavarzi, eləcə də Əli Səmədov Zahid Mərdanov ilə qarşılıqlı razılıq əsasında yolları ayırdı. 

"Turan Tovuz"

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələn “Turan Tovuz” 7-i tarixində Antalyaya yola düşdü. Ayxan Abbasovun komandası yanvarın 18-nə qədər qardaş ölkədə hazırlıq keçdi. Komanda bu müddətdə 3 yoxlama oyununda gücünü yoxladı.

9 yanvar - "Petrolul" (Rumıniya) 2:3
13 yanvar - "Aarau" (İsveçrə) 1:0
17 yanvar - "Jetısu" (Qazaxıstan) 2:0

"Turan Tovuz" qış transfer pəncərəsindən də faydalandı: 

Əyalət komandası  Moldova millisinin futbolçusu Denis Marandiç və albaniyalı hücumçu Belaydi Pusini transfer etdi. 27 yaşlı sol cinah müdafiəçisi Denis Bosniya və Herseqovina klubu “Zrinski”dən ayrılaraq, tovuzlularla anlaşdı. Marandiçi “Zrinski”yə mövsümün əvvəlində Sloveniya “Çelye”sindən keçib.

Pusi ilə 6 ay + 1 il müddətində rəsmi müqavilə bağlandı. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək. “Vlajniya”nın yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq “Skenderbeu”nun formasını geyinib. O, cari mövsümdə çıxdığı 12 oyunda, 6 qol vurub.

Tovuzlular bu mövsümün əvvəlində aldığı gürcüstanlı hücumçu İmeda Aşortiya ilə qarşılıqlı razılıq əsasında yollarını ayırdı.

Röya Kərimli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

14:11

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X