Uzun illərdir qızlardan ibarət Azərbaycan milli komandalarında baş məşqçi kimi çalışan Zamir Həsənov yeni təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, bundan sonra kişi futbolunda çalışacaq.
Həsənov U-18 millimizin məşqçilər korpusunda yer alıb. Təcrübəli mütəxəssis baş məşqçi Elxan Abdullayevin yardımçısı olacaq.
Həsənov sosial şəbəkə hesabında yeni təyinatı ilə bağlı paylaşım edib: "Futbol üzrə qızlardan ibarət müxtəlif yığmalarda müxtəlif statuslarda məşqci kimi işləməyimin 7 ili tamam oldu. Düşünürəm ki, bacardığım qədər əlimdən gələn ən yaxşısını etməyə çalışmışam. Mənim üçün dəyərli insanlar tanıdım bu 7 ildə. Bu müddətdən mənə çox əziz unudulmaz xatirələr qalacaq. Hər kəsə çox çox təşəkkür edirəm. Yaxşı ki, burada işləmişəm, yaxşı ki, sizləri tanımışam.
Düşünürəm ki, özüm üçün artıq yeni çağırış etməyin vaxtı idi. Yenidən milli komandada çalışacam. Amma bu dəfə oğlanlardan ibarət U-18 milli komandasında köməkçi məşqçi statusunda olacam. Mənim üçün yeni çağırışdır, yeni cığırdır və bu yolda yaxşı bir iz qoymaq ümidilə yola çıxıram".
Mirağa