13:08 30.01.2023 1756

"Qarabağ"ın 3 yeni transferinin olub-olmaması..." - Aslan Kərimov

Ölkəmizi Konfrans Liqasında təmsil edən "Qarabağ" bu qış heyətinə 3 yeni futbolçu cəlb etdi. Bunlar Fransanın U-21 millisinin şərəfini qorumuş 26 yaşlı hücumçu Adama Diakabi, Albaniya yığmasının hücumçusu Redon Cica və fransalı yarımmüdafiəçi Yassin Benziadir. 

Bəs, bu 3 yeni transfer KL-da "Gent" səddini aşmağa "Qarabağ"a kömək edə biləcəklərmi? 

Sualımızı Azərbaycanın tanınmış mütəxəssisi Aslan Kərimov cavablandırdı:

"Hazırda nəsə demək çətindir. Yeni transferləri sadəcə keçmişləri ilə bağlı dəyərləndirib qənaətə gələ bilərik. Məsələn, Diabi Fransanın U-21 millisinin sabiq oyunçusu olub. Düşünürsən ki, 21 yaşında Fransa millisinə düşürsə, onda böyük potensialın olduğu aşikardır. Uzun ayaqlı, driblinqləri sevən futbolçudur. "Qarabağ"ın cinahlarda belə tipli oyunçulara həmişə ehtiyacı olur. Komandanın stili də daha çox buna uyğundur; cinahlardakı oyunçular rəqibi azalda bilsinlər və cinahlardan təhlükə yaratsınlar. 

Digər transferlərə gəldikdə isə, məsələn,  Albaniya çempionatında çıxış etmiş futbolçunun potensalı haqda danışmaq çətindir. Yalnız Fransadan gələn 2 transfer haqda deyə bilərəm ki, sözügedən ölkənin çempionatından gələn oyunçular potensialı olan futbolçulardır. Amma yenə deyirəm, oyunlarına baxmadan, hansı vəziyyətdədirlər, necə çıxış edəcəklər deyə qiymət vermək çox çətindir. Əslində Maykl Esyen də Bakıya gəlmişdi. Adına baxıb düşünürdük ki, çempionatımızı bir ayaqla keçəcək. Amma "Səbail"in heyətinə qocalmış və zədəli vəziyyətdə gəlmiş, komandaya sadəcə tərübəsini bölüşərək kömək etmişdi. Ancaq oyun baxımdan "Səbail"ə heç bir köməyi dəymədi. Ona görə adlar heç bir şey demək deyil. Gələcək oyunlarına baxmaq lazımdır. Meydançaya çıxdıqdan sonra hansısa qənaətə gəlmək olacaq.

O ki qaldı "Gent"lə oyuna, daxili çempionat üçün bu 3 legionerin olub-olmaması heç bir fərq etmir. "Qarabağ" hazırki vəziyyətdə daxili çempionatda rəqabətsizdir. Çünki həm maddi durumlarına, həm də oyunçu seçimlərinə görə digərlərindən qat-qat öndədirlər. Bəlkə "Sabah" nə vaxtsa onlara rəqabət yarada biləcək. Amma hazırki vəziyyətdə bu çempionatda onun öhdəsindən gələ bilmirlər.

"Gent"lə oyunda bəlkə qapıçı pozisiyasına görə axsaya bilərlər. Çünki Şahruddin də zədəlidir. Amma oyun baxımından bu heyətlə də "Gent"i keçmək iqtidarındadırlar. Məncə, keçəcəklər. Amma "Qarabağ"ın iddiaları daha böyükdür. Məqsədləri Çempionlar Liqasında iştirak, ən azından qrup mərhələsinə düşməkdir. Amma bu məqsədə çatmaq üçün daha yaxşı, daha çox transferlərə ehtiyac var. Ancaq bu yeni transferlər Kadi, Zubir qədər effekli olsalar, bu heyətlə də ÇL-in qrup mərhələsində düşüb yaxşı oyun göstərə bilərlər.

Amma hazırki vəziyyətdə yeni transferlər oyunlara çıxmadan nəsə demək çətindir. Sözün düzü, bilmirəm onlar "Qarabağ"ın Antalya toplanışından oyunlara çıxdılar, ya yox, hər halda o oyunlar da bir göstərici deyil. Daxili çempionatda meydana çıxsalar, baxıb nəsə demək olar. Amma ümumilikdə götürsək, mənə elə gəlir ki, fransalıların adları, potensialları açıq-aşkar görsənir. Albaniyalı haqda isə hələ ki, bir söz demək olmur. Hər halda Albaniyadan da yaxşı futbolçular çıxıb. Ən azından Ansi Aqolli sözügedən ölkənin təmsilçisidir. "Qarabağ"ın heyətində möhtəşəm oyunlar göstərib. Ümid edirik ki, yeni transfer də Aqolli kimi "Qarabağ" üçün effektli olacaq". 

Qeyd edək ki, “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent"lə ilk oyunu fevralın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü isə 24 fevralda Belçikada keçiriləcək. 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

Facebookdan bizi izləməyi unutmayın.
X