"Qarabağ"ın yeni transferi Yassine Benzia Fransa "Dijon"unda 7 ay yaşıl meydanlardan kənarda qalıb.
Fanat.Az xəbər verir ki, buna səbəb onun ağır yol qəzası keçirməsi olub.
Ağır yaralanan yarımmüdafiəçi aylarla müalicə olunub. O, hətta sol əlini itirmək təhlükəsi yaşayıb. Həkimlər sonda olun əlini xilas etsələr də, şəhadət barmağını kəsməli olublar. Beləliklə, "Qarabağ"ın supertransferinin sol əlində 4 barmaq var.
Karyerası ərzində "Lion", "Lill", "Fənərbağça" və "Olimpiakos" kimi məşhur klubların şərəfin qoruyan 28 yaşlı yarımmüdafiəçinin sonuncu komandası məhz Fransa "Dijon"u olub.
Mirağa