“Kəpəz” Premyer Liqanın 20-ci turu çərçivəsində qarşılaşacağı “Səbail”lə səfər oyunu öncəsi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, Salif Sisse bu görüşü buraxacaq. Hücumçu zədəli olduğundan meydana çıxa bilməyəcək.
Bu gün “ASCO Arena”da keçiriləcək “Səbail” – “Kəpəz” matçına saat 18:30-da start veriləcək.