15:57 02.02.2023 525

Referi Geryeni qaydaları pozaraq qovub - Belə epizodlarda VAR-a baxmaq yasaqdır!

Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən “Neftçi” – “Zirə” oyununda (1:0) referi Rəşad Əhmədovun "qartallar"ın legioneri Vild-Donald Geryeni ikinci sarı vərəqə ilə meydandan qovması böyük mübahisələrə səbəb oldu. Əlbəttə, ədalət təmsilçisinin haqlı və ya haqsız olduğunu aydınlaşdırmaq üçün öncə həmin epizodun necə baş verdiyini yenidən xatırlatmaq və məsələyə qaydalar çərçivəsindən baxmaq lazımdır. 

Qarşılaşmanın 75-ci dəqiqəsində "Neftçi"nin yarımmüdafiəçisi Ataa Caber "ağ-qaralar"ın yeni transferi Mateus Saldanyanı topla təmin etmək istəyir. Cərimə meydançasına ünvanlanan "mərmi"yə öncə bu qış "Zirə"yə keçən Gerye havaya sıçrayaraq başla müdaxilə edir. Lakin cəhdi o qədər də uğurlu alınmır və haitili futbolçu müdaxilədən sonra sağ əli ilə topa doğru istiqamətlənən Saldanyanın üzünə toxunur. Nəticədə, Mateus üzünü tutaraq yerdə qalır. Caber ötürmə etdiyi anda yan xətt hakimi oyundankənar vəziyyət qeydə aldığı üçün penalti söhbət mövzusu ola bilməz. Əhmədovun VAR-a baxmaq fikrinə düşməsinə gəlincə, qabardılmalı olan əsas məqam da budur.

Niyə? Çünki referinin VAR-a hansı hallarda müraciət etməli olduğu ilə bağlı qaydalar var. Ədalət təmsilçisinin bu yöndə xüsusi improvizasiya hüququ yoxdur. Sözügedən texnologiyadan yalnız aşağıdakı hallarda faydalanmaq olar ki, bunu da sizə ən sadə şəkildə çatdırmağı uyğun saydıq: 

1. Qolun qeydə alınıb-alınmamasının müəyyənləşdirilməsi
2. Penalti epizodu ilə bağlı düzgün qərar çıxarılması
3. Birbaşa qırmızı vərəqənin verilməli olduğu ilə bağlı şübhə yaranarsa
4. Vərəqə verilərkən oyunçulardan hansısa digəri ilə dəyişik salınarsa

Başqa sözlə, hakim ofsayd qeydə alınandan sonra epizoda baxa bilməz. Ola bilsin ki, Rəşad bəy Geryeyə birbaşa "qırmızı" göstərməli olub-olmadığını müəyyənləşdirməyə çalışıb. Ancaq bu da "Neftçi" - "Zirə" matçının hakimlər briqadasını sudan quru çıxarmır. Əvvəla, daha öncə "sarı"sı olan Vild-Donaldın rəqibə açıq əllə toxunduğu epizodu düzgün dəyərləndirməyi bacarmayan VAR hakiminin işinin öhdəsindən layiqincə gələ bilməməsi və Əhmədova siqnal ötürməsi bərbad haldır. Digər tərəfdən, guya düşdüyü vəziyyətdən çıxmaq istəyən fit sahibinin Geryeyə ikinci "sarı"nı göstərməsi protokol qaydalarına ziddir. Fakt budur ki, VAR-a müraciətlə bağlı yuxarıdakı halların heç biri yaşanmadığı təqdirdə, oyun dayandırılıb və bu səbəbdən "Zirə" 10 nəfərlə qalıb. 

Nihat 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2025
11:46

"Neftçi"dən yeni transfer

11:39

Naxçıvanda məşqçi kursu keçiriləcək

11:20

Premyer Liqanın debütantı 5 futbolçu ilə vidalaşdı - RƏSMİ

11:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:42

Stolüstü tennisçilərimiz Avropa birinciliyində iştirak edəcəklər

10:23

Avroliqa mübarizəsi Bakıda start götürür

10:04

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:45

"Araz-Naxçıvan"ın rəqibi son oyununda 2 qol vurub uduzdu

09:23

PSJ "Real Madrid"i belə "döyüb" finala çıxdı - VİDEO

09:00

Avropa Liqası: "Sabah" Sloveniya təmsilçisinə qarşı

01:08

ÇL: "Qarabağ"ın rəqiblərinin duelində İrlandiya təmsilçisi sevindi

01:04

PSJ "Real"ı darmadağın edib ikinci finalçı oldu

09 İyul 2025
23:50

"Azərreyl" serbiyalı voleybolçu ilə anlaşdı

23:12

"Zirə" Türkiyədə qalib gəldi

22:40

"Sabah"ın qapıçısı 2-ci Liqa klubuna qoşulmağa yaxındır

22:17

Paraqvaylı hücumçu İPL klubunu Braziliya təmsilçisinə dəyişdi - RƏSMİ

21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

Facebookdan bizi izləməyi unutmayın.
X