Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində keçirilən “Neftçi” – “Zirə” matçında qonaqların müdafiəçisi Donald Geryenin ikinci sarı vərəqə aldığı epizodda VAR-a müraciət olunması birmənalı qarşılanmadı.
Fanat.Az xəbər verir ki, "CBC Sport" telekanalında yayımlanan “Start” verilişinə açıqlama verən Hakimlər Komitəsinin sədri Barış Şimşek bütün mübahisəli məqamlara aydınlıq gətirib.