“Qarabağ” bu gün futbol üzrə Azərbaycan çempionatının XXI turunda “Kəpəz”in qonağı olacaq.
Fanat.Az xəbər verir ki, matçdan əvvəl stadionda duyğusal anlar yaşanıb.
2020-ci ildə Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində yaralanmış və oyuncaqları yanmış körpə qızcığazın görüntüləri hər kəsi məyus etmişdi. Bu fotodan təsirlənən Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov da həmin uşağa oyuncaqlar yollamışdı.
İllər sonra həmin qızcığazla Qurban Qurbanovun görüşü baş tutub. Gəncə şəhər stadionda mütəxəssisi görməyə gələn Aylin Qurbanovun boynuna sarılaraq onu tanıdığını deyib.
Matçın start fitindən öncə Aylin və Məryəm bacıları Qurban Qurbanova təşəkkür üçün gül dəstəsi bağışlayıblar.
Həmin duyğusal anların videosunu təqdim edirik:
Röya