"Şamaxı"nın iki futbolçusu Azərbaycan Premyer Liqasının 21-ci turunda "Turan Tovuz"a qarşı keçiriləcək matçda meydana çıxmayacaq.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Elçin Rəhimli və Arsen Ağcabəyov bugünkü qarşılaşmanı kənardan izləyəcəklər.
Hər iki futbolçu zədə səbəbindən forma geyinə bilməyəcək.
"Şamaxı" - "Turan Tovuz" oyunu saat 14:00-da başlayacaq.
Mirağa