"Turan Tovuz" bu gün Azərbaycan Premyer Liqasının 21-ci turunda "Şamaxı"nı qəbul edəcək.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Tovuz təmsilçisi meydana itki ilə çıxacaq.
Belə ki, vərəqə limitini dolduraraq cəzalı duruma düşən Natan Oduva matçı kənardan izləyəcək.
Uzunmüddətli zədədən sonra komanda ilə məşqlərə qoşulan Cavid Tağıyevin oynayıb-oynamayacağı isə oyun saatı bəlli olacaq.
Qeyd edək ki, "Şamaxı" - "Turan Tovuz" oyunu saat 14:00-da başlayacaq.
Röya