"Səbail" Azərbaycan Premyer Liqasının 21-ci turunda "Sabah"la oyuna ciddi itkilərlə çıxacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bayıl təmsilçisinin 5 futbolçusu bugünkü matçı buraxacaq.
Onlardan 4-ü zədə səbəbindən meydana çıxmayacaqlar. Ağabala Ramazanov, Turan Manafov və Ruslan Hacıyev qış hazırlığından zədəli dönüblərsə, Kizito Luvaqa ötən turda "Kəpəz"lə matçın ilk yarısında xəsarət aldığı üçün Masazırda forma geyinə bilməyəcək.
"Səbail"in daha bir futbolçusu - Maksim Çex isə cəza səbəbindən bugünkü qarşılaşmanı kənardan izləyəcək. Ukraynalı yarımmüdafiəçi ötən turda aldığı sarı vərəqə ilə cəzalı duruma düşüb. Bu, onun cari mövsümdə aldığı 4-cü sarı vərəqə olub.
"Sabah" - "Səbail" oyunu saat 18:00-da başlayacaq.
Mirağa