"Sabah" bu gün Azərbaycan Premyer Liqasının 21-ci turunda "Səbail"i qəbul edəcək.
Fanat.Az xəbər verir ki, "Sabah" bu görüşə tam heyətlə çıxacaq.
Paytaxt klubunun mətbuat katibi Elnur Həmidov saytımıza açıqlamasında bildirdi ki, komandanın heyətində zədəli və cəzalı futbolçu yoxdur.
Qeyd edək ki, "Sabah" - "Səbail" oyunu saat 18:00-da başlayacaq.
Röya