"Səbail" heyətini yeni legionerlə gücləndirə bilər.
Bu barədə Fanat.Az-a klubun icraçı direktoru Fərəc Əliyev məlumat verib.
Klub funksioneri transfer pəncərəsinin sonuncu gününə kimi bir müdafiəçi almaq istədiklərini deyib: "Mərkəz müdafiəçisi axtarışındayıq. Qışda yaxşı futbolçu tapmaq olmur. Yerli statuslu futbolçu tapsaydıq, daha yaxşı olardı. Ancaq bilirsiniz ki, bu məqamda eləsini tapmaq çətindir. Hamısının klubu ilə müqaviləsi var. Bu üzdən, məşqçilər korpusu legioner namizədləri gözdən keçirir. Təkliflər var. Məşqçilər hər gün bir neçə namizədə baxır. Amma indiyə qədər heç kimi bəyənməyiblər. Axtarışlarımızı fevralın 9-na qədər davam etdirəcəyik".
Qeyd edək ki, “Səbail” qış fasiləsində Adil Nağıyevi "Şamaxı"dan icarədən qaytarıb, eləcə də sözügedən klubun gənc müdafiəçisi Mirəli Əhmədovu transfer edib.Bundan başqa, "dənizçilər" Qvineya-Bisau əsilli fransalı vinger David Qomisin keçidini həll edib.
Mirağa