Azərbaycan Premyer Liqasının XXI turunda "Şamaxı" öz meydanında "Turan Tovuz"a 0:1 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Vüqar Əsgərli matçdan sonra "CBC Sport" telekanalına açıqlamasında Tovuz klubuna məğlubiyyəti dəyərləndirib.
“Günün sonuna qədər bir transferi reallaşdırmaq istəyirik. Yəqin ki, “Zirə”dən Ramin Əhmədovu heyətə qatacağıq. Azarkeşlərimizə təşəkkür edirəm. Az sayda da olsa, gəlib bizi dəstəklədilər. Turnir cədvəli baxımından hər iki komanda üçün vacib oyun idi. Təəssüf ki, qarın yağması səbəbindən həftəboyu normal məşq keçə bilməmişdik. Yalnız dünən istədiyimiz hazırlığı keçdik. Matçdan əvvəl də bilirdik ki, qol vurmasaq, rəqib bir standart vəziyyətdən fərqlənəcək və hesabı qoruyub saxlayacaq”.