"Qarabağ"ın Antalya toplanışı zamanı məşqdə qolu sınan və əməliyyat edilən qapıçı Şahruddin Məhəmmədəliyevin məşqlərə nə vaxt başlayacağı bəlli olub.
Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Gündüz Abbaszadə məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, Azərbaycan millisinin də əsas qolkiperi olan 28 yaşlı futbolçu ən tezi aprelin sonlarında məşqlərə başlayacaq.
Bu isə o deməkdir ki, sözügedən "çərçivə" qoruyucusu yığmanın AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martda keçirəcəyi oyunları kənardan izləyəcək.
Qeyd edək ki, Şahruddin yanvarın ortalarında xəsarət alıb.
Nihat