“Qəbələ”yə yeni qoşulan Əyyub Allaşın komandada hansı nömrəni seçdiyi məlum olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Mərakeş əsilli belçikalı futbolçu "9" nömrəli forma geyinəcək.
Qeyd edək ki, "Qəbələ" 25 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalayıb.
Əyyub Allaşın son klubu 2021-ci ildə keçdiyi Belçika təmsilçisi “Virton” olub. O, karyerası ərzində “Lyers” (2014-2018), “Svope Park Reyncers” (2019-2020) və “Lyers Kempenzone” (2020-2021) klublarında da forma geyinib.
Allaş Mərakeşin U-20 milli komandasında da çıxış edib. O, 2015-ci ildə yığmanın şərəfini qoruyub.
Mirağa