"Neftçi"nin Futbol Akademiyasında məşqçi dəyişikliyi olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, U-13 komandasının məşqçilər korpusu ilə yollar ayrılıb.
Belə ki, baş məşqçi Rafail Yusifovla onun köməkçisi Alim Qurbanov komandadan göndərilib.
Saytımıza açıqlamasında xəbəri təsdiqləyən klubun mətbuat katibi Rüstəm Allahverdiyev yeni məşqçi təyinatı ilə bağlı bunları deyib: "Bəli, hər ikisi ilə yollar ayrılıb. Amma hələlik U-13-də yeni məşqçi təyinatı reallaşmayıb. Yəqin yaxın vaxtda akademiya rəhbərliyi bu barədə qərar verər və məlumatı sizinlə paylaşarıq".
Qeyd edək ki, Alim Qurbanovun "Neftçi"dən göndəriləcəyini ayyarım əvvəl xəbər vermişdik.
Mirağa