“Qəbələ”nin iki futbolçusu Premyer Liqanın 22-ci turunun “Neftçi” ilə oyunu ərəfəsindəki son məşqdə iştirak etməyib.
Fanat.Az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, “qırmızı-qaralar”ın yeni transferi Əyyub Allaş hərarəti olduğu üçün hazırlığa qatılmayıb. Rüfət Əhmədov isə bərpa prosesini davam etdirir.
Sabah keçiriləcək “Qəbələ” - “Neftçi” matçına saat 15:00-da start veriləcək.