İngiltərənin Premyer Liqa təmsilçilərindən olan “Sauthempton” 2022-ci ilin noyabrından fəaliyyətə başlayan baş məşqçi Neytan Consu istefaya göndərib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Consun postu daha öncə Azərbaycanda işləmiş ispaniyalı Ruben Selyesə həvalə edilib.
Ötən il də müəyyən müddət bu komandanın "sükanı arxası"nda olan 40 yaşlı Selyes müvəqqəti olaraq baş məşqçinin funksiyalarını yerinə yetirəcək.
Qeyd edək ki, “Sauthempton” 22 turdan sonra 15 xalla sonuncu - 20-ci pillədədir. Selyes ölkəmizdə "Neftçi"də (2012 -2014) və "Qarabağ"da (2015-2017) köməkçi-məşqçi qismində çalışıb.
Nihat