Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək. Günün yeganə oyununda Gəncədə yerli "Kəpəz"lə "Şamaxı" klubları üz-üzə gələcək.
Şamaxı təmsilçisi görüşə tam heyətlə yollanıb. Bu barədə Fanat.Az-a klubun mətbuat katibi Yusif Hüseynli məlumat verib:
"Komandada cəzalı yoxdur. Zədəlimiz Arsen Ağcabəyovdur. O da qolu sınıb deyə uzun müddətdir oyanmır. Ondan başqa hər kəsin durumu yaxşıdır. Komanda oyuna tam heyətlə çıxacaq".
Qeyd edək ki, görüş saat 14:00-da start götürəcək.
Röya