10:31 20.02.2023 481

“Turan Tovuz” sensasiyaya imza atdı, “Səbail”in üzünə qapılar bağlandı - Tura baxış

Azərbaycan Premyer Liqasının 23-cü turu bir-birindən maraqlı nəticələr və hadisələrlə yadda qaldı.

Bu yazımızda onları bir daha xatırlayacağıq.

“Kəpəz” – “Şamaxı” 3:2  
Qollar:
Abdullahi Şuaybu, 10, Mate Kvirkviya, 53, 72 - Fuad Bayrramov, 22, Rəhman Daşdəmirov, 62.

"Kəpəz": 71. Mario Mustapiç, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci,66. Arzu Atakişiyev
Baş məşqçi: Tərlan Əhmədov

"Şamaxı": 1. Rəşad Əzizli (k), 27. İbrahim Aslanlı, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 10. Elvin Məmmədov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 90. Əli Səmədov, 2. Rauf Hüseynli, 21. Qurban Səfərov, 79. Emil Qasımov, 80. Zahid Mərdanov,29. Ramin Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli

Turun açılış oyunu xeyli baxımlı və bolqollu alındı. “Kəpəz”in uzun müddətdi ki, qələbəyə həsrət qalması komandanın baş məşqçisi Tərlan Əhmədova olan təzyiqləri artırmışdı.. Gözlənilən idi ki, futbolçuları bu tur “qara zolaq”dan çıxmaqla baş məşqçini həmin təzyiqlərdən xilas etməyə çalışacaqdılar. Bunun üçün “Şamaxı” da münasib rəqib idi. Düzdür, “Kəpəz” qələbə qazandı, amma bu qələbənin asanlıqla başa gəldiyini demək olmaz. Qonaq komanda iki dəfə “Kəpəz”in vurduğu qola cavab versə də, üçüncü dəfə bunu bacarmadı. Oyunda vurulan beş qolun hamısı baxımlı alındı və azarkeşlərin zövqünü oxşadı.
Ümid etmək olar ki, bu qələbə sayəsində Gəncə klubunun azarkeşlərinin Tərlan Əhmədova olan təzyiqi səmngiyəcək və çalışdırıcı komandasını növbəti turlara daha yaxşı hazırlayacaq. “Kəpəz” bu qələbə sayəsində birdən-birə iki rəqibini üstələyib 8-ci pilləyə yüksəldi. 17 xallı “sarı-göylər” “Şamaxı”yla “Səbail”i üstələməyi bacarıb. 9-cu sıradakı “Şamaxı”nın isə 16 xalı var.

“Qəbələ” – “Sumqayıt” 2:1
Qollar:
Ülvi İsgəndərov, 44, Rafael Utziq, 56 - İsnik Alimi, 85-öz qapısına. 

"Qəbələ": 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 28. Murad Musayev, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 9. Əyyub Allaş, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 9. Karim Abubakar, 7. Terrens Tisdel, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 25. İlnur Valiev 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 5. Stiven Pereyra, 37. Alya Ture
Baş məşqçi: Samir Abasov

“Qəbələ” üçün də bu tur qələbə hava-su kimi vacib idi. “Qırmızı-qaralar”ın evdə yaxşı oynadığı nəzərə alanda “Sumqayıt” üzərində qələbə qazanılacağını proqnozlaşdırmaq mümkün idi. Meydan sahibləri 2:1 hesablı qələbə ilə öz məqsədlərinə çatdılar. Görüşdə hesabı Ülvi İsgəndərov 44-cü dəqiqədə acid. “Sumqayıt” ilk qolun vurulduğu epizoddan əvvəl qayda pozuntusu olduğunu deyərək, hakimlikdən narazı qaldı. Amma oyunun ümimi axarına baxanda “Qəbələ”nin qələbəyə layiq olduğunu da deməliyik. Qəribədir ki, qonaq komandanın hesabına yazılan qolu da “Qəbələ”li Alimi öz qapısından keçirdi. 
Növbəti üç xalı aktivinə yazan “Qəbələ” 31 xalla 5-ci pillədə möhkəmlənib. Aktivində 18 xalı olan “Sumqayıt” isə 7-ci sıradadır.

“Neftçi” – “Səbail” 3:0
Qollar:
Kenni Sayef, 8-pen. Emin Mahmudov, 48-pen. Mateus Saldanya, 74.

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 14. Eddi İsrafilov, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 10. Sezar Meza Kolli, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

"Səbail": 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 88. Matiya Lyuyiç
Baş məşqçi: Şahin Diniyev

“Neftçi” “Səbail”i böyük hesabla məğlub etməyi bacardı. Amma qeyd etmək lazımdı ki, üç qolun ikisini “ağ-qaralar” penalti zərbəsiylə Emil Balayevin qoruduğu qapıdan keçirə bildilər. Bu penalti zərbələrinin birini Sayef, digərini isə kapitan Emin Mahmudov dəqiqliklə yerinə yetirdi. Oyunda son nöqtəni isə Saldanya 74-cü dəqiqədə qoydu. Yeri gəlmişkən, qışda “Neftçi”yə qoşulan əcnəbi futbolçu artıq Premyer Liqada iki dəfə fərqlənməyə macal tapıb. “Neftçi”nin son oyunlarda qapısını toxunulmaz saxlamağı bacarması da qeyd olunası məqamdı.

Bu qarşılaşma həmçinin kuryoz olayla da yadda qaldı. “Səbail” ikinci hissəyə nəzərdə tutulandan gec çıxdı. Oyundan sonra komandanın baş məşqçisi Şahin Diniyev otağın qapısının bağlandığını, qapını aça bilmədiklərinə görə də meydana vaxtında çıxa bilmədiklərini açıqladı. Bu açıqlama da həftənin ən məzəli hadisələri sırasına düşdü.

48 xalla üçüncü pillədə möhkəmlənən “Neftçi” liderlərini təqibini sürdürür. Xal ehtiyatını artıra bilməyən “Səbail” isə yenidən sonuncu pilləyə yuvarlandı.

“Sabah” - “Turan Tovuz” 0:2 
Qollar:
N.Oduva, 11. A.Quseynov, 64.
Matçın 36-cı dəqiqəsində A.Quseynov penaltidən yararlana bilməyib (kənara)

"Sabah": 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.

"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 9. Belaydi Pusi, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 19. Runi Eva, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov.

Turun sensasiyası Masazırda yaşandı. “Turan Tovuz” yeni sponsorun gəlişindən sonra ardıcıl ikinci qələbəsini qazandı. “Sabah”ı iki dəfə meydanın mərkəzinə dəvət edən qonaq komanda bir penaltidən də yararlana bilmədi. Həmin epizod da qol olsaydı, “Sabah” böyükhesablı məğlubiyyətə düçar olacaqdı. Bununla belə, 0:2 hesablı yenilgi də Masazır təmsilçisi üçün ciddi həyəcan sinqalı sayılmalıdı. 

Murad Musayevin meydandan qovulması da meydan sahiblərinin düşərgəsindəki gərginliyin göstəricisidir. Heyətində yüksəködənişli legionerlər və səviyyəli yerli futbolçular olan “Sabah” “Turan Tovuz”un əzmkarlığı qarşısında “ağ bayraq” qaldırmalı oldu. Oduvanın vurduğu qol futbolçunun şəxsi keyfiyyətlərinin və əzmkarlığının göstəricisiydi.

Məğlubiyyətə baxmayaraq, “Sabah” yenə də lider “Qarabağ”ın ən yaxın izləyicisidir. Komandanın aktivində 53 xal var. “Turan Tovuz” ardıcıl iki qələbəyə baxmayaraq hələ də 6-cı sıradadır. Ayxan Abbasovun komandası 26 xal toplayıb.

“Zirə” – “Qarabağ” 0:1
Qol:
Qismət Alıyev, 87 (öz qapısına) 

"Zirə": 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 96. Donald Gerye, 47. Məhəmməd Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 38. Ramiz Muradov, 9. Loris Broqno, 70. İssa Cibrila, 17. Toni Qomes, 7. Filipe Paxtman, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

"Qarabağ": 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 81. Kevin Medina, 7. Yassin Benzya, 87. Adama Diakabi, 99. Redon Cica.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Bu qarşılaşmadan əvvəl “Sabah”ın “Turan Tovuz”a məğlub olması “Qarabağ”ın işini asanlaşdırmışdı. Həm bu məqam, həm də “Gent”lə oyunların əhəmiyyəti Qurban Qurbanovu risklərdən çəkindirirdi. Məlum məsələydi ki, “Qarabağ” 1 xal qazansaydı belə, “Sabah”dan uzaqlaşmağı bacaracaqdı. “Zirə” isə onsuz da “Qəbələ” üçün əlçatmaz idi. Bütün bu məqamlar oyunun sakit məcrada keçməsini şərtləndirdi. Komandaların zaman-zaman hücum cəhdlərinə baxmayaraq, Zirədə uzun müddət fərqlənən olmadı. Son dəqiqələrdə vurulan qol isə bir qədər kuryoz alındı. Qapı qarşısına ötürülən top Qismət Alıyevin başına dəyərək toru silkələdi.

61 xallı “Qarabağ” liderllik kürsüsündə özünü xeyli rahat hiss edir. 32 xalı “Zirə” isə turnir cədvəlinin dördüncüsüdür.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X