“Qarabağ”ın sabiq hücumçusu İbrahima Vadji Fransa “Sent-Etyen”ində növbəti qolunu vurub.
Fanat.Az xəbər verir ki, Liqa-2-nin 24-cü turu çərçivəsində “Nim”in qonağı olan Vadjinin komandası səfərdə 2:1 hesabı ilə qalib gəlib.
Seneqallı futbolçu 51-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. Bu qələbədən sonra xallarının sayını 27-ə çatdıran “yaşıllar” 15-ci pilləyə yüksəliblər.
Beləliklə, Vadji bu mövsümdə keçirdiyi 17 oyunda 5-ci qoluna imza atıb.
Xatırladaq ki, 27 yaşlı forvard ötən ilin avqustunda “Qarabağ”dan Fransa klubuna transfer olunub.
Mirağa