Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda ilk matçına çıxıb.
Fanat.Az xəbər verir ki, 25 yaşlı hücumçu "Afyonspor"a qarşı yoxlama görüşündə start "11-lik"də yer alıb.
Mahir ikinci hissədə əvəzlənibsə, matç konyalıların 5:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Emreli "Konyaspor"a cari mövsümün sonunadək icarəyə verilib.
Nihat