Azərbaycan Premyer Liqasının 24-cü turunda "Qəbələ"ni qəbul edəcək "Səbail" oyuna üç itki ilə çıxacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, hücumçu Qoba Zakpa "Neftçi" ilə matçda (0:3) aldığı sarı vərəqə səbəbindən cəzalı duruma düşüb. Bu, onun Premyer Liqada aldığı 4-cü "sarı" olub. Fil Dişi Sahilindən olan forvardla yanaşı, Ruslan Hacıyev və Luvaqa Kizito da "qırmızı-qaralar"a qarşı oynamayacaq. Hər ikisi zədədən əziyyət çəkir.
"Səbail" - "Qəbələ" matçı bu gün saat 19:00-da start götürəcək.
Mirağa