Premyer Liqanın 24-cü turunda “Qarabağ”ın qonağı olacaq “Neftçi” meydana tam heyətlə çıxa bilməyəcək.
Fanat.Az xəbər verir ki, buna səbəb “ağ-qaralar”ın bir futbolçusunun zədədən əziyyət çəkməsidir.
Söhbət yarımmüdafiəçi Rəhman Hacıyevdən gedir. Klubun baş həkimi Şaiq Zöhrablı 30 yaşlı oyunçunun hazırda fərdi məşqlərlə kifayətləndiyini bildirib.
Bu gün “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Neftçi” oyununa saat 20:00-da start veriləcək.