Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyuk Cənubi Koreyanın K1 Liqasına uğurlu başlayıb.
Fanat.Az xəbər verir ki, o, ilk turun ən yaxşı "11-liy"inə düşməyi bacarıb.
"Tecon Xana Sitizen"də debütünü "Qanqvon"la qarşılaşmada (2:0) reallaşdıran 25 yaşlı müdafiəçi start heyətdə meydana çıxaraq matçı əvəzolunmadan keçirib.
Koreya mətbuatı inamlı çıxışı ilə rəğbət oyadan Antona turun rəmzi komandasında yer veriblər:
Qeyd edək ki, Anton Krivotsyuk qış fasiləsində Polşanın "Visla Plotsk" klubundan Cənubi Koreya təmsilçisinə keçib.
Mirağa