Azərbaycanın FIFA referisi Əliyar Ağayev bu gün Yunanıstan Kubokunun yarımfinal oyununda fit çalacaq.
Fanat.Az xəbər verir ki, "Olimpiakos" və AEK arasında cavab görüşündə fit çalacaq həmyerlilərimizin oyunu "Cosmote Sport 1" kanalı vasitəsilə canlı yayımlanacaq.
Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
İlk görüşdə AEK 3:0 hesabı ilə qalib gəlib.
“Olimpiakos” - AEK qarşılaşmasında iş başında olacaq hakimlər briqadasında 36 yaşlı ədalət təmsilçisinə digər həmyerlilərimiz Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Elçin Məsiyev isə VAR-da iş başında olacaq.
Bu, Əliyarın Yunanıstanda səkkizinci oyunu olacaq. O, "Olimpiakos"la AEK arasında 2022-ci il aprelin 3-də baş tutan qarşılaşmada (1:1) da fit çalıb. Bundan başqa, Ağayev "Veriya" - "Lamiya" 1:2 (11.06.2022), "Panathinaikos" - "Aris" 1:0 (01.05.2022), "Panathinaikos" - PAOK 3:0 (04.04.2021), "Atromitos" - AEL 1:1 (20.02.2021), "Panathinaikos" - PAOK 2:0 (02.02.2020), PAOK - "Atromitos" 3:0 (10.03.2019) matçlarını idarə edib.
Mirağa